Sakinlərin dediyinə görə, Üçoğlan kəndində 200-dən çox ev var. Iki ev tam yararsız hala düşüb, 50-60 evdə isə çatlar əmələ gəlib.
Ağdamın Üçoğlan kəndi zəlzələdən sonra [Fotolar]
5
Ağdamın Üçoğlan kənd sakini: "Ömrüm boyu fəhləlik etmişəm. Barmaq sayı qədər istirahət günüm olub, ya olmayıb. Yorğun olduğumdan bərk yatmışdım. Hadisədən xəbərim olmayıb."
6
Ağdamın Üçoğlan kəndində yaşayan uşaqlar deyirlər ki, erməni mövqelərindən atəş açılanda onlar adətən zirzəmidə gizlənirlər. Zəlzələdən sonra isə zirzəmiyə girmirlər ki, ev başlarına uçar.
7
Ağdamın Üçoğlan kəndi.
8
Yeraltı təkanlar Ağdam rayonunun Üçoğlan kəndində daha çox hiss olunub.
Baş vermiş zəlzələ nəticəsində Ağdamda 2 yaşayış evi tamamilə uçub. Onlarla evə ciddi ziyan dəyib.
Zəlzələnin təkrar olunacağından ehtiyat edən sakinlər həyətlərində yemək bişirib yeyirlər.
Baş vermiş zəlzələ nəticəsində Ağdamda 2 yaşayış evi tamamilə uçub. Onlarla evə ciddi ziyan dəyib.
Zəlzələnin təkrar olunacağından ehtiyat edən sakinlər həyətlərində yemək bişirib yeyirlər.