Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 06:50

‘Prokurorluq haqqında’ qanuna dəyişikliklər edilib


Baş prokurorluq

Milli Məclis bu gün, noyabrın 17-si “Prokurorluq haqqında” qanunun 44-cü maddəsinə dəyişiklik edib. Bu haqda APA Agentliyi xəbər verib.

“Prokurorluq haqqında” qanunun 44-cü maddəsinin hazırda qüvvədə olan mətnində yazılır ki, Azərbaycan baş prokuroru Azərbaycan dövlətinin başçısına tez-tez məlumat verir.

Dəyişiklikdən sonra bu mətn bir qədər fərqlənir. İndi həmin maddədə əlavə olaraq, qeyd edilir ki, Azərbaycan Konstitusiyasına əsasən dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. “Qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir, icra hakimiyyəti Azərbaycan prezidentinə məxsusdur. Məhkəmə hakimiyyətini isə Azərbaycan məhkəmələri həyata keçirir. Azərbaycan Prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla, vahid mərkəzləşdirilmiş orqandır. Konstitusiya bu orqanın qanunvericilik və İcra hakimiyyəti orqanlarından hər hansı asılılığını istisna edir”.

Buna da bax: Rafiq Tağının xanımı: 'Acığımdan bu il prezidentə müraciət etmədim'

Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişikliyin qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə, Avropa Şurasının "Korrupsiyaya qarşı dövlətlər qrupu"nun (GRECO) təklifi ilə edildiyini bildirib.

Milli Məclis “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna da dəyişikliklər edib. Həmin dəyişikliklər prokurorluq işçilərinin attestasiyası və fəaliyyətinin qiymətləndirilməsi ilə bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG