Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Reza Zarrab harada saxlanır


Reza Zarrab həyat yoldaşı Ebru Gundes ilə, 2013-cü il
Reza Zarrab həyat yoldaşı Ebru Gundes ilə, 2013-cü il

ABŞ-da saxlanmış türkiyəli-iranlı biznesmen Reza Zarrab noyabrın 16-da məhkəmənin ikinci iclasına gəlməyib. Bu, İranın ABŞ sanksiyalarını pozmasına yardımda suçlanan qızıl ticarətçisinin amerikalı müstəntiqlərlə əməkdaşlıq etməsi barədə spekulyasiyalar yaradıb.

NBC News noyabrın 16-da məlumat yayıb ki, Reza Zarrab hazırda Türkiyənin yüksəkçinli məmurlarının iştirakıyla çirkli pulyuma işində amerikalı müstəntiqlərlə əməkdaşlıq edir.

*** Buna da bax: Türkiyə Reza Zarrab-la maraqlanıb

“FEDERAL HƏBSXANADA DEYİL”

NBC “məsəldən xəbərdar” anonim mənbələrə istinadla yazıb ki, Zarrab hazırda ABŞ-da həbsxanada deyil və prokurorlar onu naməlum bir yerdə saxlayırlar.

Zarrab-ın Türkiyə prezidentiRecep Tayyip Erdogan hökumətiylə əlaqələri olduğu bildirilir. O, 2016-cı ilin martında ABŞ-da həbs olunmuşdu.

Bloomberg News da noyabrın 16-da “işlə tanış olan iki nəfərə” istinadla yazıb ki, Zarrab “ABŞ-da saxlanır, ancaq federal həbsxanada deyil. Bəzən təqsirləndirilən şəxs hökumət şahidi olmağa razılaşanda belə şey baş verir”.

Zarrab və vəkilləri noyabrın 16-da ABŞ-da Menhetten məhkəməsində hazırlıq iclasına qatılmayıblar. Onunla birlikdə təqsirləndirilən, Türkiyədə bank rəhbəri rəhbəri Mehmet Akan Attila-nın vəkili deyib ki, Zarrab artıq ikinci hazırlıq iclasıdır ki, gəlmir və görünür, Zarrab daha bu işdə müdafiə olunmur.

İranın sanksiyalarını necə pozduğunu araşdıracaq məhkəmə noyabrın 27-də başlanmalıdır.

*** Buna da bax: ABŞ-da keçmiş türk rəsmilərinə ittiham irəli sürülüb

HAKİMİYYƏTLƏ ƏMƏKDAŞLIQ?

NBC əlavə detallar açıqlamasa da, Zarrab-ın hakimiyyətlə əməkdaşlıq edə biləcəyi versiyasını irəli sürüb. ABŞ-ın xüsusi prokuroru Robert Mueller Zarrab-la bağlı bir məsələni araşdırır – Türkiyə rəsmilərinin Zarrab-ın buraxılması, eləcə də Fethullah Gulen-in deportasiyası üçün keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-ə 15 milyon dollar verməyi müzakirə etməsini.

Erdogan ABŞ-da yaşayan Gulen-i ötən il Türkiyədə uğursuz çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gulen ittihamları rədd edir.

Türkiyə dəfələrlə Ağ evi Zarrab-ın işinə müdaxilə etməyə, onu azadlığa buraxmağa çağırıb.

ABŞ-ın Nyu York cənub rayonunun prokurorluğundan, eləcə də Zarrab-ın əsas vəkili Ben Brafman-dan açıqlama almaq mümkün olmayıb.

*** Buna da bax: ABŞ Reza Zarrab-ın işində razılaşmaya açıqdır

Ötən həftə ABŞ Federal Məhkumlar Bürosu vebsaytında 34 yaşlı Zarrabı noyabrın 8-də həbsxanadan buraxılmış kimi göstərib. Ancaq ABŞ prokurorları bunun səhv olduğunu, Zarrab-ın həbsdə qaldığını bildiriblər. Bundan sonra Türkiyə ABŞ-a Zarrab-la bağlı sorğu göndərdiyini açıqlayıb. Vaşinqton Ankaraya Zarrab-ın “tibbi baxımdan yaxşı durumda” olduğunu bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG