Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:58

Türkiyə Reza Zarrab-la maraqlanıb


Qızıl ticarətçisi Reza Zarrab məhkəmədə, aprel, 2017-ci il
Qızıl ticarətçisi Reza Zarrab məhkəmədə, aprel, 2017-ci il

Türkiyə ABŞ hakimiyyətinə türkiyəli-iranlı biznesmen Reza Zarrab-la bağlı sorğu göndərib. Zarrab bu ay Birləşmiş Ştatlarda məhkəmə qarşısına çıxarılacaq. O, ABŞ-ın İrana sanksiyalarını pozmaqda ittiham olunur.

Ötən həftə ABŞ Federal Məhkumlar Bürosu vebsaytında 34 yaşlı Zarrabı noyabrın 8-də həbsxanadan buraxılmış kimi göstərib. Ancaq ABŞ prokurorları bunun səhv olduğunu, Zarrab-ın həbsdə qaldığını bildiriblər.

“CAVAB ALMAMIŞIQ”

“Vaşinqtondakı səfirliyimiz ABŞ hakimiyyətindən rəsmi informasiya istəyib, ancaq hələlik, cavab almayıb. Məsələni izləyəcəyik”, – nazirlik noyabrın 15-də deyib.

Türkiyə liderləri davamlı olaraq Zarrab-ın azadlığa buraxılmasını istəyiblər. Onun Türkiyə prezidenti Recep Tayyip Erdogan hökumətiylə sıx əlaqələri var.

Erdogan və Türkiyənin digər liderləri bu məsələni birbaşa Ağ evlə qaldırıblar.

Medianın ötən həftə yazdığına görə, ABŞ-ın xüsusi prokuroru Robert Mueller Zarrab-la bağlı bir məsələni araşdırır – Türkiyə rəsmilərinin Zarrab-ın buraxılması, eləcə də Fethullah Gulen-in deportasiyası üçün keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-ə 15 milyon dollar verməyi müzakirə etməsini. Erdogan ABŞ-da yaşayan Gulen-i ötən il Türkiyədə uğursuz çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gulen ittihamları rədd edir.

Ötən ilin martında ABŞ-da saxlanmış Zarrab bu il Nyu Yorkun keçmiş meri Rudy Giuliani-ni özünə vəkil tutub. O, ABŞ prezidenti Donald Trump-ın yaxın dostudur və Zarrab-ın siyasi və diplomatik kanallarla buraxılmasına nail olmaqdan ötrü ABŞ hakimiyyəti ilə danışıqlar aparır.

“İNFORMASİYA DOĞRU DEYİL”

Zarrab-la vəkilləri məhkəmənin hazırlıq konfransına qatılmayıblar. Bu da onun buraxılmasıyla bağlı sövdələşmənin əldə olunması sarıdan spekulyasiya yaradıb. Ancaq Menhettende prokuror vəzifəsini icra edən Joon Kim-in sözçüsü noyabrın 14-də deyib ki, Zarrab həbsdədir.

“Zarrab-ın buraxılmasıyla bağlı informasiya doğru deyil”, – vəkili Seyda Yildirim noyabrın 15-də Türkiyənin “Hurriyyet” qəzetinə deyib.

“Ola bilsin, başqa bölməyə keçirilib. Beş gündür bu barədə məlumat ala bilmirik”, – Yidirim söyləyib.

“Hurriyet”in yazdığına görə, Türkiyə diplomatik notasında ABŞ hakimiyyətindən Zarrab-ın hansı həbsxanada saxlanmasına dair informasiya, onun sağlamlıq və təhlükəsizliyinə zəmanət istəyib.

Məhkəmə noyabrın 27-də başlamalıdır. Zarrab İrana sanksiyalardan yayınmağa kömək etmədiyini deyir. Erdogan-sa ABŞ prokurorlarını suçlayır ki, onun və arvadının adının məhkəmə sənədlərinə salınmasında “gizli motivləri” var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG