Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:30

ABŞ Reza Zarrab-ın səhhətinin “yaxşı” olduğunu deyir


Biznesmen Reza Zarrab (sağda) həyat yoldaşı Ebru Gundes ilə, 2013-cü il

Vaşinqton Ankaraya deyib ki, ABŞ-da saxlanmış türkiyəli-iranlı qızıl ticarətçisi Reza Zarrab “tibbi baxımdan yaxşı durumdadır”. Bunu Türkiyə baş nazirinin müavini Bekir Bozdag bildirib.

Zarrab hazırda Birləşmiş Ştatlarda məhkəməsini gözləyir. O, İrana ABŞ sanksiyalarından yayınmaqda kömək etməkdə suçlanır.

Bozdag noyabrın 16-da danışıb. Bundan öncə Türkiyə ABŞ-a Zarrab-la bağlı sorğu göndərdiyini açıqlayıb.

Ötən həftə ABŞ Federal Məhkumlar Bürosu vebsaytında 34 yaşlı Zarrabı noyabrın 8-də həbsxanadan buraxılmış kimi göstərib. Ancaq ABŞ prokurorları bunun səhv olduğunu, Zarrab-ın həbsdə qaldığını bildiriblər.

Medianın ötən həftə yazdığına görə, ABŞ-ın xüsusi prokuroru Robert Mueller Zarrab-la bağlı bir məsələni araşdırır – Türkiyə rəsmilərinin Zarrab-ın buraxılması, eləcə də Fethullah Gulen-in deportasiyası üçün keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-ə 15 milyon dollar verməyi müzakirə etməsini. Erdogan ABŞ-da yaşayan Gulen-i ötən il Türkiyədə uğursuz çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gulen ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG