Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 23:47

Britaniya İrana 400 milyon funt-sterlinq verir?


Nazanin Zaghari-Ratcliffe

Böyük Britaniyanın “Telegraph” qəzeti yazır ki, Britaniya hökuməti İrana 400 milyon funt-sterlinq (527 milyon dollar) köçürməyə hazırlaşır və eyni zamanda Tehranın həbs etdiyi iranlı-britaniyalı qadının azadlığa buraxılmasına çalışır.

Britaniya bu pulu İrana 1970-ci illərdə imzalanmış mübahisəli silah sövdələşməsinə görə borcludur və pulu köçürməkdən ötrü hüquqi məsləhət istəyib.

“Telegraph” hökumətdə anonim mənbəyə, eləcə də diplomatlara istinadla yazıb ki, Britaniya bu ödənişin birbaşa Nazanin Zaghari-Ratcliffe-nin azadlığa buraxılmasıyla əlaqələndirilməsini istəmir. Ancaq mənbələrin deməsinə görə, Britaniya Zaghari-Ratcliffe-nin buraxılması üçün iş gedən bir vaxtda Tehranın “xoş niyyətini” təmin etməyə çalışır.

Britaniyanın xarici işlər naziri Boris Johnson Zaghari-Ratcliffe-nin buraxılmasından ötrü mümkün hər şeyi edəcəyini bildirib.

Qadın 2016-cı ilin aprelində Tehranda saxlanıb və İranın ruhani isteblişmentini devirməyə cəhd ittihamıyla beş illik həbsə məhkum edilib.

Thomson Reuters Fondunda layihə meneceri Zaghari-Ratcliffe ittihamı rədd edir.

2015-2016-cı illərdə İranda ikili vətəndaşlığı olan şəxslərin həbsi İslam İnqilab Qvardiyasının prezident Hassan Rohani-yə və Qərblər münasibətlərə zərbə vurmaq cəhdiylə izah olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG