Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Mugabe ilə görüşə gediblər


Robert Mugabe
Robert Mugabe

Cənubi Afrikanın müdafiə və dövlət təhlükəsizliyi nazirləri noyabrın 15-də axşam Zimbabve paytaxtı Harareyə çatıblar. Cənubi Afrika mediası onları prezident Jacob Zuma-nın regional elçilər kimi göndərdiyini yazır.

Elçilərin Mugabe, eləcə də hərbi çevriliş etdiyini boynuna almayan hərbi rəhbərliklə görüşəcəyi gözlənir.

Zimbabvedən kənarda xərçəngdən müalicə olunan müxalifət lideri Morgan Tsvangirai də Harareyə qayıdıb. Partiya sözçüsünün bu açıqlaması danışıqlardan post-Mugabe dövrünün siyasi həlliylə bağlı gedəcəyi sarıdan spekulyasiyalara yol açıb.

Hazırda Cənubi Afrikanın sədrlik etdiyi Cənubi Afrika İnkişaf İcması bloku noyabrın 16-da Botsvanada görüşüb durumu müzakirə edəcək.

***

Zimbabvedə ordu noyabrın 15-də səhər tezdən hakimiyyəti ələ alandan prezident Robert Mugabe-ni görən olmayıb. Ordu prezidentin “sağ salamat” olduğunu, yalnız onun ətrafındakı “kriminalları” hədəfə aldığını bildirir.

Cənubi Afrikanın prezidenti Jacob Zuma-nın sözlərinə görə, Mugabe ona evinə məhkum edildiyini, ancaq özünü yaxşı hiss etdiyini deyib.

Reuters agentliyi 93 yaşlı Mugabe-nin Zimbabve tarixindəki roluna nəzər salır.

Təhsilli, şəhər həyatında böyümüş Mugabe hakimiyyətə yeddi illik azadlıq müharibəsi nəticəsində gəlib. Ancaq ölkə 1980-ci ildə müstəqillik əldə edəndən, yəni 40 ilə yaxındır o, Zimbabvenin rəhbəridir, sakinlərin gördüyü yeganə prezident olub. Artıq çoxları onu hakimiyyət hərisi, ölkəni nəzarətdə saxlamaqdan ötrü seçkini saxtalaşdıran, iqtisadiyyata zərbə vuran siyasətçi kimi görür. Di gəl, Qərbin onu avtokrat kimi baxmasına rəğmən, Afrikada koloniya əleyhinə mübarizə aparan şəxsiyyət kimi tanınıb.

*** Buna da bax: Zimbabvedə ordu noyabrın 15-də səhər tezdən hakimiyyəti ələ alandan prezident Robert Mugabe-ni görən olmayıb

80 FAİZLİK İŞSİZLİK

Mugabe daha beş il hakimiyyətdə qalacağını açıqlayıb, mümkün varisi, 75 yaşlı vitse-prezident Emmerson Mnangagwa-nı işdən çıxarıb. Bu, Mugabe-nin 52 yaşlı arvadı Grace-in hakimiyyətə yolunun açılması hesab olunub. İndi Grace-in harada olduğu bəlli deyil.

Mugabe müalicədən ötrü tez-tez Sinqapura gedir, yaş özünü göstərir.

Zimbabvenin nüfuzlu azadlıq müharibəsi veteranları birliyinin lideri Chris Mutsvangwa Reuters-ə deyib: “Bu, gənc ölkənin tarixində ağrılı, kədərli bir bölümün sonudur. Qocalan diktator hakimiyyəti arvadının ətrafındakı oğru bandasına təslim etdi”.

Afrikanın ən dinamik iqtisadiyyatlarından sayılan bu ölkədə fermer sahələrinin dövlət tərəfindən tutulması kənd təsərrüfatının xarici mübadilələrdən qazancını heçə endirdi, hiperinflyasiya yarandı.

2000-2008-ci illərdə iqtisadiyyat üç dəfədən çox azalıb, işsizlik 80 faizə çatıb. Milyonlarla zimbabveli ölkədən gedib, əsasən Cənubi Afrikaya üz tutublar.

*** Buna da bax: Zimbabvedə ordu rəhbəri vətənə xəyanətdə suçlanır

“RADİKAL MİLLƏTÇİ”

Mugabe isə özünü radikal millətçi adlandırıb, Vaşinqton və Londondakı irqçi və imperialist qüvvələrlə savaşdığını bildirib.

2008-ci ildə ölkədə güclənən inflyasiya əhalini Qərbin arxa durduğu Morgan Tsvangirai-nı dəstəkləməyə sövq edib.

Prezident seçkisinin ikinci turunda məğlubiyyətlə üzləşən Mugabe zorakılığa əl atıb. Tsvangirai-nın onlarla tərəfdarı hakim ZANU-PF partiyasının “banditləri” tərəfindən öldürülündən sonra o, geri çəkilməyə məcbur olub.

Ancaq sonradan Mugabe-nin Tsvangirai-ya qarşı düşmənçiliyi azalıb, hətta həftəsonları birlikdə çay və kökə süfrəsi arxasında görünüblər. 2013-cü il seçkisi ərəfəsində Mugabe Tsvangirai ilə əl sıxmağa hazır olduğunu da söyləyib. Tsvangirai-nın düşərgəsi bu arada Mugabe-nin agentlərinin səsləri saxtalaşdırmaq planları qurduğunu açıqlayıb.

“Reuters” agentliyi yazır ki, bu həftəki hadisələr, nəticəsindən asılı olmayaraq, Afrikanın cənubundakı bu ölkədə böyük dəyişikliklərə yol aça bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG