Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:18

Zimbabvedə ordu rəhbəri vətənə xəyanətdə suçlanır


Robert Mugabe (ortada), arvadı Grace Mugabe (solda) və qızı Bona (sağda) prezidentin 92 yaşını qeyd edirlər, 22 fevral, 2016-cı il

Zimbabvenin hakim partiyası ölkənin silahlı qüvvələrinin rəhbəri Constantin Chivengi-ni dövlətə xəyanətdə ittiham edir. “Reuters” agentliyi noyabrın 14-də yazıb ki, Zimbabvenin paytaxtı yaxınlığında zirehli texnika və tankların yerdəyişməsi müşahidə olunub. Hələlik, dövlət çevrilişindən söhbət getməsə də, təhlilçilər prezident Robert Mugabe ilə ordu arasında qarşdurmanın gücləndiyini qeyd edirlər.

Ötən həftə ölkənin 93 yaşlı lideri vitse-prezident Emmerson Mnangagva-nı istefaya göndərib, onu dövlət çevrilişi hazırlamaqda suçlayıb. Mnangagva Mugabe-nin mümkün varisi kimi nəzərdən keçirilirdi və ordu onu dəstəkləyirdi.

Silahlı qüvvələrin rəhbəri siyasi böhranı dayandırmaqdan ötrü “müdaxilə”yə hazır olduğunu bildirib.

Robert Mugabe 1980-ci ildən, Zimbabve Böyük Britaniyadan müstəqillik əldə edəndən hakimiyyətdədir. Hərbçilər narahatdırlar ki, vitse-prezident istefaya göndəriləndən sonra hakimiyyət prezidentin həyat yoldaşı Grace Mugabe-yə ötürülə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG