Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:50

Zimbabve ordusu hakimiyyəti ələ keçirdiyini bildirir


Robert Mugabe
Robert Mugabe

Zimbabve ordusu bildirir ki, prezident Robert Mugabe-nin ətrafındakı “kriminalları” hədəf götürərək hakimiyyəti ələ alıb, ancaq 93 yaşlı prezident və ailəsi “sağ-salamatdır”. Ordu həmin “cinayətkarların” ölkədə sosial və iqtisadi problemlər yaratdığını bildirir.

Reuters” agentliyi yazır ki, əsgərlər və zirehli maşınlar əsas hökumət idarələri, parlament və məhkəmələrə gedən yolları bağlayıb.

Bir şahidin sözlərinə görə, əhali bankların qabağında nağd pul çıxarmaqdan ötrü növbəyə durub, ictimai taksilər isə sakinləri işə aparır.

“Biz ancaq onun ətrafındakı, ölkəyə sosial və iqtisadi çətinliklər yaradan cinayətkarları hədəfə alırıq, onları ədalət mühakiməsinə təqdim etmək istəyirik”, – general mayor SB Moyo çərşənbə günü televiziyayla çıxışında deyib.

“Missiyamızı bitirən kimi durumun normallaşacağını gözləyirik”, – o, sözlərinə əlavə edib.

*** Buna da bax: Zimbabvenin birinci ledisi vise-prezident olacaq?

MALİYYƏ NAZİRİ HƏBS EDİLİB

Ordunun maliyyə naziri Ignatius Chombo-nu həbs etdiyi bildirilir.

Əsgərlər paytaxt Hararedə dövlət televiziyasını da tutub. Bundan öncə Mugabe-nin hakim ZANU-PF partiyası ordunun rəhbərini dövlətə xəyanətdə ittiham edib. Ordu rəhbəri general Constantino Chiwenga müdaxiləylə hədələyəndən 24 saat sonra paytaxtın əsas küçələrində zirehli texnika görünüb.

Mugabe Zimbabveni 37 ildir idarə edir.

Qərb onu despot sayır, hakimiyyətdə qalmaq üçün zorakılıqdan istifadəyə hazır olması, üstəlik, iqtisadiyyatı düzgün idarə etməməsi nəticəsində Afrikanın ən ümidverici ölkələrindən birinin məhvə sürükləndiyi bildirilir.

Birləşmiş Ştatlar və Britaniya Hararedəki vətəndaşlarına “siyasi qeyri-müəyyənlik” səbəbindən küçələrə çıxmamağı tövsiyə edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG