Keçid linkləri

2024, 14 Sentyabr, şənbə, Bakı vaxtı 02:18

İranda zəlzələdən sağ çıxanlar küçədə gecələyir


Çadırda qalan qadıb, 14 noyabr, 2017-ci il
Çadırda qalan qadıb, 14 noyabr, 2017-ci il

İran-İraq sərhədindəki zəlzələdən salamat çıxan minlərlə adam ikinci gecəni də küçədə gecələyib. Şaxtalı havada qalanlara ərzaq, su və digər gərəkənlər çatışmır.

Zəlzələdən ən çox İranın Kirmanşah vilayəti zərər görüb. Rəsmilər noyabrın 14-də bildiriblər ki, ölənlərin sayı 530-u keçib, 8 mindən çox xəsarət alan var.

*** Buna da bax: İran-İraq sərhədində zəlzələdə ölənlərin sayı 400-ü keçib

12 MİNƏDƏK YAŞAYIŞ BİNASI TAMAMİLƏ DAĞILIB

İraqda isə təbii fəlakətdən azı yeddi nəfər ölüb, 530-dan çox yaralı var.

7,3 bal gücündə zəlzələ noyabrın 12-də gecə İraqın şimal-şərqindəki Hələbcə şəhərindən 30 kilometr cənub-qərbdə baş verib.

İranın dövlət televiziyası minlərlə adamın daha bir gecəni çadırlarda, yaxud açıq havada keçirdiyini bildirib. Rəsmilər bir neçə şəhərin və 2 minədək kəndin dağıldığını söyləyirlər.

Bir neçə kəndin xəritədən tamamilə silindiyi bildirilir. Ezgeleh şəhərinin meri binaların 80 faizinin dağıldığını söyləyib.

12 minədək yaşayış binası “tamamilə dağılıb”, – Qırmızı Xaçın İrandakı rəsmisi Mansoureh Bagheri-nin sözləridir.

*** Buna da bax: Son 30 ilin ən dağıdıcı zəlzələləri

XARİCİ YARDIM TƏKLİFLƏRİ RƏDD OLUNUR

Zəlzələ üzrə böhran qrupunun sözçüsü Behnam Saidi axtarış əməliyyatlarının “sona yaxınlaşdığını” söyləyib.

Reuters-in məlumatına görə, İran indiyədək zəlzələnin nəticələrinin aradan qaldırılmasına xarici yardım təkliflərini rədd edib.

Noyabrın 14-də, milli matəm günü prezident Hassan Rohani təbii fəlakət regionuna baş çəkib, hökumətin “ən qısa zamanda problemləri həll etməkdən ötrü bütün gücündən istifadə edəcəyini” vurğulayıb.

Rohani-nin sözlərinə görə, dövlətin tikdiyi binalara daha çox ziyan dəyib və buna görə məsuliyyət daşıyanlar mühakimə olunacaqlar.

XS
SM
MD
LG