Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:10

İran-İraq sərhədində zəlzələdə ölənlərin sayı 400-ü keçib


Axtarışlar davam edir
Axtarışlar davam edir

İran-İraq sərhədində zəlzələdə ölənlərin sayı 400-ü keçib, xilasedicilər axtarışları davam etdirirlər.

Zəlzələnin episentri İranın Kirmanşah vilayətinə düşüb, Daxili İşlər Nazirliyi ölkədə 407 nəfərin öldüyünü, 6 min 700 nəfərin xəsarət aldığını bildirir.

İraqda isə rəsmilər azı yeddi nəfərin dünyasını dəyişdiyini, 530-dan çox yaralının olduğunu deyirlər. İraqda da itkilər şimali kürd regionunda baş verib.

İran hökuməti noyabrın 14-də matəm günü elan edib.

*** Buna da bax: İran-İraq sərhədində zəlzələdən azı 340 nəfər ölüb

“İÇMƏYƏ SU DA YOXDUR”

İranın Kürdüstan vilayətindən jurnalist Suma Saffari AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, səhiyyə rəsmiləri sakinləri yaralılar üçün qan verməyə çağırır, əhaliyə yorğan, ərzaq, su lazımdır.

Kirmanşahdan jurnalist Nishtman Asaadi-nin deməsinə görə, zəlzələ zonasındakı əhali çaxnaşma içindədir. “Onların içməyə suları da yoxdur”, – o deyib.

Adını söyləməyən bir nəfərsə əsgərlərin avadanlıqsız, “tamamilə yalın əllə”, maskasız axtarış apardığını bildirib.

Prezident Hassan Rohani noyabrın 14-də zəlzələdən ziyan görmüş ərazilərə gedəcək.

*** Buna da bax: Son 30 ilin ən dağıdıcı zəlzələləri

Dərbəndixan yaxınlığındakı Diyala çayı üzərindəki bəndin də zədələndiyi bildirilir. “Frans Press” yazır ki, yerli hakimiyyət şəhərin cənub hissəsində yaşayanları evlərindən çıxmağa çağırıb, onlar bəndin dağıla biləcəyindən ehtiyatlanırlar.

Zəlzələ İran paytaxtı Tehranda və İraq paytaxtı Bağdadda da hiss olunub.

Türkiyə, İsrail, Küveyt, eləcə də Azərbaycanın cənub bölgəsində titrəyişlərin hiss olunduğu bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG