Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 10:43

Son 30 ilin ən dağıdıcı zəlzələləri


İranın Kirmanşah vilayəti zəlzələdən sonra, 13 noyabr, 2017-ci il
İranın Kirmanşah vilayəti zəlzələdən sonra, 13 noyabr, 2017-ci il

İran-İraq sərhədində baş vermiş zəlzələdə 200-dən çox adam ölüb, yüzlərlə yaralı var. “Frans Pres” agentliyi son 30 ilin ən dağıdıcı zəlzələlərinin siyahısını hazırlayıb. Siyahını ixtisarla dərc edirik:

  • 20 sentyabr, 2017-ci il: Meksikanın mərkəzində 7,1 bal gücündə zəlzələdə 200-dən çox adam həlak olub. O zaman 1985-ci il zəlzələsinin ildönümü qeyd olunurdu.
  • 7 sentyabr, 2017-ci il: Meksikanın cənubunda 96 nəfərin ölümüylə nəticələnmiş zəlzələ baş verib. Bu zəlzələnin gücü 8,2 bal idi. 10 min nəfəri öldürmüş 1985-ci il zəlzələsi 8,1 bal gücündə olub.
  • 8 avqust, 2017-ci il: Çinin şimal-qərbində 6,3 ballıq gücündə zəlzələdən 24 nəfər həlak olub.
  • 18 yanvar, 2017-ci il: İtaliyanın mərkəzində dörd zəlzələ olub. Üç saat sonra otel qar uçqunu altında qalır, cəmi 29 nəfər dünyasını dəyişib.
  • 24 avqust, 2016-cı il: İtaliyanın mərkəzində 6,2 ballıq gücündə zəlzələdən 300-dək adam həlak olur.
  • 16 aprel, 2016-cı il: Ekvadorda 7,8 bal gücündə zəlzələ 673 nəfərin ölümünə səbəb olur.
  • 6 fevral, 2015-ci il: Tayvanda 6,4 ballıq gücündə zəlzələ baş verir, 100-dən çox adam dağılan binanın altında qalaraq ölür.
  • 25 aprel, 2015-ci il: Nepalda 7,8 bal gücündə zəlzələdən 8 min 900 nəfər həlak olub, yarım milyonadək ev dağılıb. Mayda 7,3 ballıq gücündə zəlzələdən də onlarla adam dünyasını dəyişir.
  • 11 avqust, 2012-ci il: İranın Təbriz şəhərində 6,3 və 6,4 bal gücündə qoşa zəlzələdən 306 nəfər ölür, 3 mindən çox adam yaralanır.
  • 23 oktyabr, 2011-ci il: Türkiyənin şərqində 7,2 ballıq zəlzələ baş verir, 600-dən çox ölü, azı 4 min 150 yaralı qeydə alınır.
  • 11 mart, 2011-ci il: Yaponiyanın şimal-şərq sahilində 9,1 bal gücündə zəlzələdən yaranmış sunami 18 min 500 nəfərin həyatına qon qoyur. Fukuşima Daiiçi atom zavodunda nüvə böhranı yaranır.
  • 12 yanvar, 2010-cu il: Haitidə 7,0 ballıq zəlzələdən 250 min-300 min adam həlak olur.
  • 12 may, 2008-ci il: Çinin Sincan vilayətində 8,0 bal gücündə zəlzələ nəicəsində ölən və itkin düşənlərin sayı 87 min nəfərdir.
  • 27 may, 2006-cı il: İndoneziyanın Yoqyakarta regionundakı güclü zəlzələdə 6 min nəfər ölür, 1,5 milyon nəfər evsiz qalır.
  • 26 dekabr, 2003-cü il: İranın Bəm şəhərində 6,7 ballıq zəlzələdə 31 min 884 nəfər həlak olub, 18 min nəfər yaralanıb.
  • 20 avqust, 1988-ci il: Nepalın şərqində 6,8 bal gücündə zəlzələ baş verir, Nepalda 277, Hindistanın qonşu Bihar ştatında isə azı 277 nəfər həlak olur.
XS
SM
MD
LG