Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:08

Kreml yaxşı xəbərlər istəyir


Yaxşı xəbərlər
Yaxşı xəbərlər

Rusiya rəhbərliyi böyük şirkətlərə tapşırıb ki, ona ölkə rəhbərliyini müsbət yöndən göstərən yaxşı xəbərlər versinlər. “Reuters” informasiya agentliyi bunu gördüyü sənədlərə əsasən yazıb.

KRİTERİYALAR

Yeddi səhifəlik sənəddə tələb olunan məqalələr də verilib – yeni iş yerlərinə, elmi uğurlara, özəlliklə, dövlət dəstəyilə yaradılan yeni infrastruktura fokuslanmaq istənilir. Hekayətlərin necə təqdim edilməli olduğu da göstərilib və onların hazırlanması üçün bir həftə vaxt qoyulub.

Təlimatları ötən ay ölkənin enerji nazirliyi enerji sektorundakı 45 şirkətə yollayıb. Şirkətlər içində Rosneft, Lukoil, Novatek də var. İkinci sənəddəki siyahıya əsasən bunu demək olar.

Gələn ilin martında Rusiyada prezident seçkisi keçiriləcək. Hazırkı prezident Vladimir Putin namizədliyini verəcəyini açıqlamasa da, onun belə edəcəyi və seçkini udacağı gözlənir.

“Əhalinin əksəriyyəti üçün həyat daha sakit, daha rahat, daha cəlbedici olub. Ancaq adətən, çoxlu belə örnəklər medianın diqqətindən yayınır”, – sənəddə vurğulanır.

“Vəzifəmiz daha yaradıcı və əziyyətli yanaşmayla belə mövzuları seçib mediaya təklif etməkdir”, – təlimatda daha sonra deyilir.

*** Buna da bax: YouTube RT-yə necə kömək edib

İCLASDA SEÇKİDƏN DANIŞMAYIBLAR

Enerji nazirliyi hər iki sənədi 9 oktyabr tarixli dəvətnaməyə əlavə edərək şirkətlərin ictimaiyyət və hökumətlə münasibətlər departamentlərinə göndərib. Şirkətlərin 17-si dövlətə məxsusdur, 28-i özəldir. Dəvətnamədə onlara tapşırılır ki, oktyabrın 12-də nazirlikdə keçiriləcək toplantıya təmsilçilərini göndərsinlər, iclasda hökumətin PR işinə necə yardım göstərmək müzakirə olunacaq.

Reuters dəvətnamənin surətini görüb, onu almış üç rəsmiylə danışıb. Dəvətnaməyə görə, xəbər təşəbbüsü prezident administrasiyasında idarə rəhbərinin birinci müavini Sergei Kiriyenko-dan gəlib.

Nə Kiriyenko-nun sözçüsü, nə enerji nazirliyi, nə də Kremlin sözçüsü Dmitry Peskov-dan açıqlama almaq mümkün olmayıb.

Reuters 45 şirkət içindən 5-nə şərh üçün müraciət edib. Rosneft, Gazprom dövlət şirkətləri, Lukoil, Surgutneftegaz və Novatek özəl şirkətləri də müraciətə cavab verməyiblər.

12 oktyabr toplantısına qatılan mənbələrdən birinin deməsinə görə, iclasa energetika nazirinin müavini Anton Inyutsyn və prezident administrasiyasının rəsmisi sədrlik edib. Onlar təlimatı detallı izah etsələr də, seçkinin adını çəkməyiblər, mənbə belə deyir.

*** Buna da bax: Asange Kataloniya ətrafında baş verənləri ilk “internet müharibəsi” adlandırıb

POZİTİV XƏBƏRLƏR

Reuters hələ fevralda yazırdı ki, enerji nazirliyi şirkətlərə ictimai fikrə təsir edəcək hadisələr barədə qurumu öncədən bilgiləndirmək tapşırığı verib.

Agentlik son təlimata şirkətlərin necə əməl etməsinə dair məlumatın olmadığını yazır.

Sənəddəki “işıqlı örnəklərə” gəlincə, bir misal briqadasıyla qərbi Sibirdə iyulda 1,6 milyon ton kömür çıxarmış şaxtaçı Yevgeny Kosmin-in hekayəidir. Yaxud Sberbank-ın Volqa üzərindəki Toqliatti şəhərində 700 nəfəri işə götürməsi; Rusiyanın cənubundakı Çerkesskdə idman mərkəzinin açılışı və sairə də “xoş xəbərlər” kimi sadalanıb.

Təlimatlarda hər həftənin bazar ertəsi, yaxud çərşənbə axşamınadək şirkətlərdən “müsbət hekayətlər” istənilir.

*** Buna da bax: İnformasiya savaşında ABŞ-ın Rusiya və Çinə uduzmasının səbəbləri

Bir çox siyasi təhlilçilərin fikrincə, Kremlin mart seçkisində əsas başağrısı seçici iştirakıyla bağlıdır. İqtisadiyyat zəifləyib, adamların çoxu nəticənin bəlli olduğunu düşünür və sonucda seçicilər səsvermə məntəqələrinə getməməyə üstünlük verə bilərlər. Seçicilərin passivliyi isə Putin-in növbəti müddətə prezident postunda qalmasına kölgə sala bilər, təhlilçilər belə deyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG