Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 00:28

Asange Kataloniya ətrafında baş verənləri ilk “internet müharibəsi” adlandırıb


Julian Assange

WikiLeaks saytının banisi Julian Asange Kataloniyanın müstəqilliyi ilə bağlı referendum ətrafındakı vəziyyəti dünyada ilk “internet müharibəsi” adlandırıb.

Bunu Assange sentyabrın 29-da özünün “Tvitter” səhifəsində yazıb.

O, qeyd edir ki, əyalət sakinləri və yerli hökumət internetdən referendum keçirmək üçün istifadə edir, ispaniya kəşfiyyatı isə telekommunikasiya şəbəkələrini dondurmaq, rabitə binalarını zəbt etmək və yüzlərlə internet saytlarına senzura tətbiq etməklə “informasiya hücumu” həyata keçirir.

“İnterfaks” agentliyinin məlumatına görə, Assange Kataloniyada baş verənləri, Berlin divarlarının yıxılmasından sonra ən böyük problem hesab edir.

Qeyd edək ki, Kataloniya hakimiyyəti oktyabrın 1-də müstəqilliklə bağlı referendum keçirməyi planlaşdırır.

İspaniyanın Konstitusiya məhkəməsi referendumla bağlı Kataloniya parlamentinin qərarını ləğv edib və bunu qanunsuz adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG