Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 18:06

Əfqanıstanda onlarla təhlükəsizlik işçisi öldürülüb


Qəndəharda hadisə yeri yoxlanır

Əfqanıstanda taliban yaraqlıları ölkənin cənubunda və qərbindəki təhlükəsizlik postlarına basqın ediblər, təhlükəsizlik qüvvələrinin azı 30 üzvünün öldürüldüyü bildirilir.

Cənubdakı Qəndəhar vilayətində polis sözçüsü Matiullah Helal noyabrın 14-də deyib ki, 22 polis əməkdaşı öldürülüb, 15 nəfər yaralanıb.

Helal-ın sözlərinə görə, gecə başlanan hücum səhərədək çəkib.

O, 45 yaraqlının öldürüldüyünü, 35 nəfərin yaralandığını bildirib.

Qəndəhar vilayətinin Navay bölgəsində isə beş polis əməkdaşının qətlə yetirildiyi qeyd olunur.

Regiondan parlament üzvü Khalid Pashtun hücumlarda 37 polisin həlak olduğunu deyib.

Ölkənin qərbindəki Farah əyalətində isə azı 3 təhlükəsizlik əməkdaşının və 3 mülki şəxsin öldürüldüyü deyilir.

Hücumlara görə məsuliyyəti taliban üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG