Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Amerikayla münasibətlər rusların vecinə deyil


Donald Trump (sağda) Vladimir Putin-lə qısa söhbət edir, APEC sammiti, 11 noyabr, 2017-ci il
Donald Trump (sağda) Vladimir Putin-lə qısa söhbət edir, APEC sammiti, 11 noyabr, 2017-ci il

Rusiyalılar prezident Vladimir Putin-in ABŞ-la münasibətləri yaxşılaşdırmağa çalışmasını deyil, sərt davranmasını istəyir. Rusiyalıların 52 faizi düşünür ki, Rusiya ABŞ-la münasibətdə sərt davranmalıdır, 29 faizin fikrincə, Rusiya və Birləşmiş Ştatlar yaxşı münasibət qurmalıdırlar. 7%-sə düşünür ki, Rusiya ABŞ-la bütün münasibətləri kəsməlidir.

Bunu “Gallup” sorğu mərkəzinin yeni sorğusu üzə çıxarıb.

YAŞ VƏ TƏHSİL FAKTORU

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump ötən həftə APEC sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putin-lə rəsmi görüş keçirmədi, ancaq salamlaşıb qısa söhbət ediblər.

*** Bunu da oxu: Trump-la Putin görüşdü: Tərifli sözlər...

İki liderin ötən ilin iyulundakı görüşündən sonra Konqres Rusiyaya yeni sanksiyalar qoyub, Moskvanın ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsini əsas gətirib. Rusiya da buna yüzlərlə ABŞ diplomatını ölkədən çıxarmaqla cavab verib. “Gallup”da sorğunu belə bir dönəmdə keçirib.

Maraqlıdır ki, ABŞ-la münasibətlərdə sərtlik tərəfdarı olanlar yaşa görə dəyişir. Yaşı 60 və daha yuxarı olanlar Soyuq Müharibə dövründə yaşayanlardır, o zaman ABŞ əsas düşmən kimi göstərilirdi. Onlar digər yaş qruplarından daha çox (38%) ABŞ-la münasibətlərin yaxşılaşdırılması tərəfdarıdırlar.

Daha sərt davranış tərəfdarlarının sayı isə təhsil yüksəldikcə artır, ali təhsillilər arasında 60%-ə çatır.

MÜNASİBƏTLƏR NƏ PİSLƏŞƏNDİR, NƏ YAXŞILAŞAN

Rusiyalıların çoxu düşünür ki, münasibətlər bundan sonra nə pisləşəndir, nə də yaxşılaşan. Respondentlərin yalnız 16 faizi Trump vəzifəyə gələndən sonra ikitərəfli əlaqələrin pisləşəcəyini gözləyir.

*** Buna da bax: Trump-ın keçmiş kampaniya rəhbəri özünü təqsirli bilmir

Qalan rusiyalılar üç cəbhəyə bölünür: 30% bilmədiyini, 29% münasibətlərin olduğu kimi qalacağını, 25% yaxşılaşacağını düşünür.

Trump-ın vəzifəyə gəldiyi heç bir il deyil. Onunla Putin barədə yazılar elə prezidentliyinin ilk günündən xəbər başlıqlarına çıxıb. Di gəl, Rusiyada onu elə də tanımırlar. Rusiyalıların 48%-i Trump-ın prezidentliyini dəyərləndirməkdən ötrü onu yaxşı tanımadığını söyləyib. Tanıyanların 30%-i ondan narazı, 22% razıdır.

Amerikalılarsa, əksinə, Rusiyanı uzun müddətdir idarə edən Putin-i yaxşı tanıyır və ona daha pis yanaşırlar, yəni rusiyalıların Trump-a yanaşmasından pis. Rusiyadakıyla eyni vaxtda keçirilən sorğuya görə, amerikalıların 13 faizi Putin-ə xoş yanaşır, 74%-in ona münasibəti yaxşı deyil.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG