Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:46

ASEAN sammiti başlanır


Donald Trump Vyetnamda, 12 noyabr, 2017-ci il

Filippində başlanan ASEAN (Cənubşərqi Asiya Ölkələri Assosiasiyası) toplantısında Koreya yarımadasındakı gərginlik və qlobal ticarət əsas müzakirə mövzuları olacaq. Bunu ABŞ prezidenti Donald Trump açılış mərasimindən öncə jurnalistlərə deyib.

Prezidentin sözlərinə görə, noyabrın 13-də tezdən Yaponiya və Avstraliyanın baş nazirləriylə danışıqlarda o, Şimali Koreyanın nüvə sınaqları məsələsini qaldırıb.

Trump deyir, Yaponiyadan Shinzo Abe və Avstraliyadan Malcolm Turnbull-a deyib ki, ticarət danışıqlarında “xeyli” irəliləyiş əldə olunub.

“Ticarət məsələsində böyük addımlar atmışıq – sizin bildiyinizdən də böyük”, – Trump jurnalistlərə bildirib.

ABŞ-ın Asiyayla ticarət münasibətlərində dəyişikliklər baş verməkdədir. Prezident postuna keçən Trump ölkəsini Trans-Sakit Okeanı Tərəfdaşlığı (TPP) sazişindən çıxarıb. Böyük ticarət razılaşması olan bu sənədin Amerikanın iqtisadi maraqlarına ziyan vurduğunu söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG