Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

İŞİD-in fotolarına görə deputat toxunulmazlığı alındı


Fransada prezident seçkisindən sonra keçirilən nümayişdən foto, bir nəfər Marine Le Pen-in maskasını tutub
Fransada prezident seçkisindən sonra keçirilən nümayişdən foto, bir nəfər Marine Le Pen-in maskasını tutub

Fransa Milli Assambleyası Milli Cəbhənin (FN) lideri Marine Le Pen-in toxunulmazlığını alıb. Səbəb onun Twitter hesabında İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının zorakılıqlarını göstərən fotolar yerləşdirməsidir.

*** Buna da bax: Macron-un qələbəsinin sirri [təhlil]

MÜHAKİMƏ OLUNA BİLƏR

Le Pen hələ 2015-ci ildə Twitter-də “Daesh BUDUR!” yazaraq amerikalı jurnalist James Foley-nin başının kəsildiyini göstərən fotolar yerləşdirmişdi. Daesh İŞİD-in ərəbcə qısa adıdır.

Le Pen sonradan Foley-nin fotosunu sildi, fotodakının o olmasından xəbərsiz olduğunu bildirdi.

O zaman Le Pen Avropa Parlamentinin üzvüydü. Parlament bu ilin matında onun toxunulmazlığını ləğv etdi.

Ancaq Le Pen bu ilin iyunundan Fransa parlamentinə seçilərək yenidən toxunulmazlıq qazanıb.

Toxunulmazlıq qaldırıldığından Le Pen “zorakı təsvirlərin dərci” ittihamıyla mühakimə oluna, üç illik həbsə məhkum edilə bilər.

*** Buna da bax: Macron-un partiyası çoxluğu qazandı

SON ZƏRBƏ

Le Pen Milli Assambleyanın qərarına cavab olaraq verdiyi bəyanatda bildirib ki, məqsədi İŞİD-in “pozuntularını” göstərmək olub. Onun sözlərinə görə, bu fotolar “onların cinayətlərinin dəhşətli reallığını ortaya qoyub”.

Frans Pres” agentliyi yazır ki, bu qərar 49 yaşlı siyasətçiyə son zərbədir. O, mayda prezident seçkisinin ikinci turunda Emmanuel Macron-a uduzandan sonra onsuz da çıxılmaz duruma düşmüşdü.

O, səslərin 33,9, Macron-sa 66,1 faizini toplamışdı.

Üstəlik, Milli Cəbhə iyunda parlament seçkisində özün yaxşı göstərə bilmədi, 577 yerlik assambleyada cəmi 8 yer qazandı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG