Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:17

Ukraynanın BMT sülhməramlıları planına Kanadadan dəstək


Donetskdə Ukraynanın sıradan çıxardığı Rusiya tankı

Kanada Ukraynanın BMT sülhməramlıları planına beynəlxalq dəstək almaqdan ötrü ciddi diplomatik fəaliyyət aparır. Bu barədə Kanadanın xarici işlər naziri açıqlama yayıb.

“Kanada bir çox ölkələrlə Ukraynada sülhməramlıların məqsədəuyğunluğu və praktikliyi barədə danışıqlar aparır”, – Chrystia Freeland noyabrın 9-da deyib.

O, belə bir missiyanın perspektivliyini şəxsən özü ötən həftəki görüşlərində açıqladığını söyləyib. Həmin görüşlər ABŞ dövlət katibi Rex Tillerson, ABŞ-ın xüsusi elçisi Kurt Volker, BMT-nin baş katibi Antonio Guterres ilə keçirilib.

Nazirin sözlərinə görə, ölkənin baş naziri Justin Trudeau bu məsələni Almaniyanın kansleri Angela Merkel-lə də qaldırıb.

“Hökumətimiz Ukraynaya beynəlxalq dəstəyin mərkəzindədir və Ukraynanın suverenliyi və ərazi bütövlüyünü təmin edəcək sülhyaratma missiyasını dəstəkləyirik”, – Freeland deyib.

2014-cü ildən bəri Ukraynanın şərqində hökumət qüvvələriylə rusiyapərəst separatçıların münaqişəsində 10 mindən çox adam həlak olub. Rusiya Ukraynanın Krım vilayətini həmin ilin martında ilhaq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG