Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 17:48

Azərbaycan oktyabrda Vyana sazişinə əməl edib


Xəzərdə neft platforması

Azərbaycan oktyabr ayında gündəlik hasilatın azaldılması barədə neft ölkələrinin razılaşmasına tam əməl edib.

Bu haqda Energetika Nazirliyinin məlumatında yazılıb.

Məlumatda bildirilib ki, 2017-ci ilin oktyabrında Azərbaycanda gündəlik neft hasilatı 800.6 min barrel təşkil edib.

Nazirlik bildirir ki, bununla Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı sazişinə əməl edib. Yəni, Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.

XATIRLATMA

OPEC-ə üzv və kartelə daxil olmayan ölkələr ötən il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Saziş altı aylıq bağlanıb.

Azərbaycan da bu razılaşmaya qoşulub. Vyanada OPEC üzvləri və təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın azaldılması barədə sazişə imza atıb.

Mayın 25-də OPEC-in Nazirlər Şurasının Vyanada keçirilən 172-ci iclasında hasilatın azaldılması razılaşması daha 9 aylığa uzadılıb. Bu tədbirlərdən sonra neftin qiyməti bir qədər bahalaşıb. Hazırda Azərbaycan neftinin bir barreli 66 dollara satılır. İlin əvvəlində isə bu, 50 dollar civarında dəyişirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG