Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:29

ABŞ-ın ticarət naziri Wilbur Ross deyir ki, Rusiya prezidenti Vladimir Putin-in tərəfdarlarının idarə etdiyi şirkətə bağlı gəmiçilik firmasındakı sərmayəsini uyğun şəkildə açıqlayıb. O, həmin şirkətdəki payını sata biləcəyini söyləyib.

Ross noyabrın 6-da axşam Bloomberg televiziyasına müsahibəsində deyib ki, Navigator Holdings-dəki payını satmağa başlayıb, ancaq bu, heç də onun Kremllə bağlılığına dair medianın yazdıqlarına görə deyil.

Mübahisəli Sibur şirkətinə qismən Putin-in dostu Gennady Timchenko rəhbərlik edir, o, ABŞ-ın sanksiya siyahısındadır. Şirkətin digər sahibi isə Putin-in kürəkəni Kirill Shamalov-dur.

Bu sərmayə noyabrın 5-də açıqlanmış araşdırmayla üzə çıxıb. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) “Cənnət sənədləri” adlı araşdırma yayıb.

Ross fevralda vəzifəyə keçəndən onun Navigator Holdings-də şəxsi payı azaldılıb. Amma ABŞ hökumət sənədləri bu payın hələ də 2-10 milyon dollar həcmində olduğunu göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG