Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 17:51

Sahibkar yoxlamaları 2021-ci ilədək dayandırıldı


Arxiv fotosu

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilədək dayandırılır.

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna bununla bağlı dəyişiklik edilməsini təsdiqləyib.

Qanun ölkə başçısının rəsmi internet səhifəsində bu gün, noyabrın 3-ü açıqlanıb.

Qanuna edilmiş dəyişiklik sahibkarlıq sahəsində yoxlamaların 2021-ci il yanvarın 1-dək dayandırılmasını nəzərdə tutur.

Buna da bax:​ Sahibkarlıq cinayəti ilə bağlı maddələr ‘zənginləşdirilir’

Qanuna əsasən, istisna sahələr var ki, orada yoxlamalar aparıla bilər. Dəyişiklik həmin sahələrin dairəsinin nisbətən genişləndirilməsini də nəzərdə tutur.

İndiyədək vergi məsələləri, insanların həyatına, sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar aparıla bilərdi.

Dəyişikliyə əsasən, bundan sonra dərman vasitələrinin keyfiyyəti və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar da aparıla biləcək.

Xatırlatma

Azərbaycanda sahibkarlıq sahələrində yoxlamalar 2015-ci il noyabrın 1-dən 2 illik müddətə dayandırılmışdı.

Bu müddətdə yalnız vergi məsələləri, insanların həyatına, sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə yoxlanmalara icazə verilirdi. Həmin yoxlamaların da bəlli məhdudiyyətlər nəzərə alınmaqla aparılması nəzərdə tutulurdu.

Bu yaxınlarda ölkə parlamenti bu halın uzadılması ilə bağlı qanuna dəyişiklik layihəsini qəbul etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG