Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

'Quran'ın nadir nüsxəsi sərgiyə çıxarılır


Birminhem Universitetində sərgiyə çıxaırlmış "Quran" əlyazması, 22 iyul, 2015-ci il
Birminhem Universitetində sərgiyə çıxaırlmış "Quran" əlyazması, 22 iyul, 2015-ci il

İslamın müqəddəs kitabı olan “Quran”ın nadir və qədim surətinin bu yaxınlarda sərgiyə çıxarılacağı gözlənir. “Newsweek” dərgisi yazır ki, Birləşmiş Ərəb Əmirlikliklərində Şarca kitab yarmarkasına çıxarılacaq 1350 illik bu sənəd “Quran”ın eramızın 468-645-ci illərə aid əlyazmasının surətidir. Onun “Quran”ın dünyada ən qədim surətlərindən olduğu bildirilir.

Sənəd beynəlxalq ictimaiyyətə ilk dəfə təqdim olunacaq. O, bir neçə il öncə İngiltərənin Birminhem Universitetinin arxivlərində peyda olub. İslamşünaslar sənədlərin Məhəmməd Peyğəmbər dövrünə aid olduğunu da istisna etmirlər.

*** Buna da bax: Məhəmməd peyğəmbər haqda filmə Azərbaycanda baxan olacaqmı?​

PEYĞƏMBƏRİN DÖVRÜNDƏ YAZILIB?

“İslam dininə görə, Məhəmməd Peyğəmbər “Quran” surələrini 610-632-ci illərdə vəhy şəklində alıb. Bu perqamentlər üzərində aparılan sınaqlar üzə çıxarıb ki, perqamentin dərisindən hazırlandığı heyvan Məhəmməd peyğəmbərin dövründə, ya da ondan az sonra yaşayıb”, – Birminhem Universitetində xristianlıq və islam üzrə professor David Thomas deyib.

Əlyazma erkən ərəb əlifbası olan hijazi qrafikasında, heyvan dərisindən olan 4 perqament üzərində yazılıb və 1930-cu illərdən universitetin arxivlərində unudulub qalıbmış, 2015-ci ildə üzə çıxarılıb. Ekspertlərin qənaətincə, sənədin azından, İslamın ilk üç xəlifəsinin dövrünə aid olduğu dəqiqdir.

İndi tədqiqatçılar bir məsələni müəyyənləşdirməyə çalışırlar – bu səhifələr Parisdə saxlanan digər nadir “Quran” əlyazmasının bir hissəsidirmi. Həmin əlyazmada məhz dörd səhifə çatışmır. O, Napoleon ordusu 19-cu əsrin əvvəlində Afrikanı tutanda Misirdən Avropaya aparılıb.

*** Bunu da oxu: Yeni texnologiyalar Qurban bayramını necə dəyişir​

İLK TAM VERSİYANIN BİR HİSSƏSİ DƏ OLA BİLƏR

Bəzi alimlərin fikrincə, bu əlyazma “Quran”ın ilk tam, Məhəmməd Peyğəmbərin dostu Əbu Bəkrin topladığı versiyasının bir hissəsi də ola bilər. Bu versiyanın müasir müsəlmanların oxuduğu “Quran”a oxşar olduğu bildirilir.

Sözügedən əlyazma İngiltərədə sərgilənəndə xeyli populyarlıq qazanıb. Əlyazma Birminhem Muzey və Sənət Qalereyasında altı ay nümayiş olunub.

“Bu sərgi özəlliklə, müsəlman icmalarının diqqətini çəkib, ona 65 min ziyarətçi baş çəkib”, – Birminhem Muzeylərində İslam və Cənubi Asiya İncəsənəti üzrə kurator Rebecca Bridgman deyib.

Dünyada ən böyük Şarca kitab yarmarkası 1982-ci ildən bəri Birləşmiş Ərəb Əmirliklərində keçirilir. Bu il burada 1,5 milyon kitab satışa çıxarılacaq.

Ziyarətçilər qədim əlyazmada yazılanlarla tanış olmaqdan ötrü interaktiv sensorlu ekranlardan istifadə edə biləcəklər.

*** Buna da oxu: Majid Majidinin təqdim etdiyi fərqli bir Peyğəmbər bioqrafiyası

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG