Keçid linkləri

Təcili xəbərlər
2023, 20 Mart, Bazar ertəsi, Bakı vaxtı 12:37

Keçmiş Kataloniya lideri dindirməyə 'getməyəcək'


Madriddə Carles Puigdemont-un həbsini tələb edən nümayişçilər, 28 oktyabr, 2017-ci il

Kataloniyanın keçmiş lideri Carles Puigdemont-un belçikalı vəkili deyir ki, onun bir neçə həftəyə İspaniyaya qayıdacağını gözləmir. Hər halda cümə axşamı – noyabrın 2-də İspaniya məhkəməsinə ifadə verməyə getməyəcək. Xəbəri “The Associated Press” yayıb.

O, MADRİDƏ GETMƏYƏCƏK

Vəkil Paul Bekaert VTM şəbəkəsinə deyib ki, Kataloniyanın keçmiş prezidenti “Madridə getmir”.

Puigdemont çərşənbə axşamı Brüsseldə mətbuat konfransı keçirib. Ötən cümə günü Kataloniya parlamenti regionun müstəqilliyinə səs verib. Bundan sonra İspaniya hökuməti konstitusiyaya uyğun olaraq Kataloniyaya nəzarəti ələ alıb, region rəhbərliyini vəzifədən kənarlaşdırıb.

Puigdemont oktyabrın 31-də deyib ki, o və onu müşayiət edən, keçmiş Kataloniya hökumətindən həmkarları İspaniya hakimiyyətindən “azadlıq və təhlükəsizlik” istəyirlər.

*** Buna da bax: Puigdemont Kataloniyada seçki keçirilməsinə razılaşıb

Kataloniyanın buraxılmış hökumətinin 14 üzvünün hamısına öz ölkələrində separatçılıq ittihamı irəli sürülə bilər. İspaniya baş prokuroru Puigdemont-a və onun ikinci nömrəli adamı Oriol Junqueras-a qiyam, separatçılıq və mənimsəmə ittihamları verilməsinə çalışır. Bu ittihamlar onillərlə həbs cəzası nəzərdə tutur.

Carles Puigdemont Belçikada, 31 oktyabr, 2017-ci il
Carles Puigdemont Belçikada, 31 oktyabr, 2017-ci il

HƏBS ORDERİ ÇIXARILA BİLƏR

Hakim bu şəxslərin noyabrın 2-də Madriddə məhkəmədə ifadə verməsini tələb edib. Məhkəmə cümə gününədək onların həbsinə order verə bilər, ifadə verməyə gəlib-gəlməməklərndən asılı olmayaraq. Çərşənbə axşamı rəsmilərdən ikisi Belçikadan Barselonaya qayıdıb.

Vəkil Bekaert çərşənbə günü VTM şəbəkəsinə deyib ki, İspaniya Puigdemont-un ekstradisiyasını istəsə, buna hökumət deyil, Belçika hakimləri qərar verəcək.

Avropa parlamentinin İspaniyadan olan deputatı, hakim partiyanın sözçüsü Esteban Gonzalez Pons isə düşünür ki, Puigdemont noyabrın 2-dək məhkəməyə gəlməsə, “çox güman, Belçikaya ekstradisiya müraciəti göndəriləcək və Belçika polisi onu saxlayacaq”.

*** Buna da bax: Kataloniyanın keçmiş lideri Belçikadan hüquqi dəstək istəyib

İspaniyanın Onda Cera radiosuna müsahibəsində deputat vurğulayıb ki, Puigdemont-un Belçikadakı vəkilinin işi dekabrın 21-nə Kataloniyada təyin olunmuş seçkilərə qədər uzada biləcəyinə inanır. Seçkini İspaniya mərkəzi hökuməti təyin edib.

XS
SM
MD
LG