Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:06

Puigdemont Kataloniyada seçki keçirilməsinə razılaşıb


Kataloniyanın vəzifəsindən uzaqlaşdırılmış lideri Carles Puigdemont oktyabrın 31-də mərkəzi İspaniya hökumətinin təcili seçki keçirilməsinə dair qərarı ilə razılaşıb, lakin bildirib ki, müstəqillik uğrunda mübarizə davam edəcək.

Brüsseldə keçirdiyi mətbuat konfransında Puigdemont deyib ki, o Belçikadan siyasi sığınacaq istəməyib. Bundan əvvəl İspaniyanın dövlət ittihamçısı onun barəsində qiyam ittihamı ilə cinayət işinin başlanmasını tövsiyə etmişdi.

Reuters agentliyi yazır ki, Puigdemont-un dekabrın 21-də regional seçki keçirilməsinə razılaşması Madridin separatçılarla qarşıdurmada üstünlük qazandığını göstərir.

Buna baxmayaraq oktyabrın 31-də keçirilmiş rəy sorğusu Kataloniyada müstəqil dövlət yaradılmasına tərəfdar olanların son üç ildə rekord saya çatdığını göstərib.

İspaniyanın Konstitusiya Məhkəməsi Kataloniya regional parlamentinin birtərəfli qaydada elan etdiyi müstəqilliyi bloklayıb.

Madrid hökuməti Kataloniyada antimüstəqillik mövqeyi tutan siyasi partiyalara bel bağlayır.

Puigdemont İspaniyaya nə vaxt qayıdacağı barədə məlumat verməyib və ədalət mühakiməsindən qaçaq düşdüyünə dair ittihamları rədd edib.

İspaniya hökuməti Puigdemont-un regional seçkidə iştirakına etiraz etmədiyini bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG