Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:00

Kataloniyanın keçmiş lideri Belçikadan hüquqi dəstək istəyib


Carles Puigdemont
Carles Puigdemont

Ötən həftə İspaniya hökumətinin Kataloniya prezidentliyindən uzaqlaşdırdığı Carles Puigdemont bazar ertəsi – oktyabrın 30-da Belçikada bir vəkillə əlaqə saxlayıb. Bu arada ölkə prokurorları regionun separatçı liderlərinə qarşı ittihamlar irəli sürməyə hazırlaşırlar.

Sığınacaq məsələləri üzrə ixtisaslaşmış vəkil Paul Bekaert «France Presse» agentliyinə deyib ki, Puigdemont sığınacaq istəməyə Belçikaya getməyib, sadəcə Madrid belə bir addım atarsa, hüquqi cavab hazırlığı görür.

HƏLƏLİK MƏHKƏMƏ QƏRARI YOXDUR

«Sığınacaq məsələsində hələ heç bir qərar verilməyib», – o, Flamand bölgəsinin VRT televiziyasına deyib.

«Mən onunla şəxsən Belçikada danışdım və məni rəsmən öz vəkili etdi. 30 ildir ekstradisiya və siyasi sığınacaq məsələsində təcrübəm var, yəqin, bu səbəbdən mənə müraciət edib», – vəkil sözlərinə əlavə edib.

İspaniya mediası Puigdemont-un buraxılmış hökumətinin bir neçə üzvüylə getdiyini yazıb.

Bekaert baskların separatçı ETA silahlı qruplaşmasının şübhəli üzvü Luis Maria Zengotitabengoa-nın vəkillərindən biri olub. 2010-cu ildə onun Belçikadan İspaniyaya ekstradisiyasına icazə verilib.

İşdən kənarlaşdırılmış Kataloniya rəsmiləri həmişəki qaydada işə çıxıblar
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

İspaniyanın baş prokuroru Jose Manuel Maza deyib ki, ötən cümə günü işdən çıxarılmış Kataloniya liderlərinə qarşı qiyam və separatçılıq da daxil, ittihamlar üzərində işləyir. Qiyam ittihamına görə 30 illik həbs cəzası kəsilə bilər.

Maza-nın sözlərinə görə, «onlar institusional böhran yaradıblar, bu böhran oktyabrın 27-də, konstitusiyamıza total sayqısızlıqla, müstəqilliyin birtərəfli elanıyla sonuclanıb».

Məhkəmə hələlik ittihamla bağlı qərar verməyib.

TƏQİBİN SÜBUTU

Ancaq bir sıra ekspertlərin fikrincə, Puigdemont-un Belçikada siyasi sığınacaq alması real görünmür.

«Avropa Birliyi üzvü vətəndaşının sığınacaq alması tamamilə müstəsna haldır», – Belçikanın CGRA qaçqın agentliyindən Dirk Van Den Bulck RTBF televiziyasına deyib.

Van Den Bulck-un sözlərinə görə, bundan ötrü o, öz ölkəsində təqibə məruz qalmasını sübut etməlidir.

Yüzminlərlə insan Barselonada müstəqilliyə etiraz edir
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Belçikanın immiqrasiya naziri isə Puigdemont-un sığınacaq ala biləcəyini demişdi.

Ölkənin baş naziri Charles Michel-in açıqlaması bu fikri alt-üst edib, üstəlik, Flamandın separatçı N-VA partiyasının Puigdemont-u Brüsselə dəvət etmədiyi açıqlanıb.

Puigdemont deyir ki, oktyabrın 1-də keçirilmiş müstəqillik referendumu region parlamentinə İspaniyadan ayrıldığını elan etməyə mandat verib.

Cümə günü müstəqillik elanından sonra Madrid hökuməti Kataloniya liderlərini işdən çıxarıb, region üzərində nəzarəti ələ alıb.

İspaniya baş naziri Mariano Rajoy dekabrın 21-nə növbədənkənar seçki təyin edib.

Avropa Birliyi Kataloniyanın müstəqillik elanını rədd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG