Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Aprel, şənbə, Bakı vaxtı 09:37

Kreml ABŞ-da açıqlanmış ittihamnaməni şərh edir


Dmitry Peskov, arxiv fotosu

-

Kreml ABŞ prezidenti Donald Trump-ın keçmiş seçki kampaniyası sədrinə irəli sürülmüş ittihamnamədə Rusiyayla bağlı ittihama sübut görmür. Bunu Rusiya prezidenti Vladimir Putin-in sözçüsü deyib.

Dmitry Peskov oktyabrın 31-də bir daha bəyan edib ki, Rusiya ötən il Birləşmiş Ştatlarda prezident seçkisinə müdaxilə etməyib. O, Rusiyanın seçkiyə iddia olunan müdaxiləsinin araşdırılması və Trump-ın əməkdaşlarına ittiham irəli sürülməsini “amerikalı tərəfdaşlarımızın daxili məsələsi” adlandırıb.

“Mediada oxuduqlarımız və proses iştirakçılarının bəyanatlarından gördüyümüz odur ki, Rusiyanın adı indiyədək açıqlanmış ittihamlarda çəkilmir”, – Peskov jurnalistlərə deyib.

*** Buna da bax: Trump-ın keçmiş kampaniya rəhbəri özünü təqsirli bilmir


XATIRLATMA


ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort və onun biznes şəriki Rick Gates onlara verilmiş ittihamlar üzrə özlərini təqsirli bilməyiblər. Hər iki şəxs Ukraynada fəaliyyətləri zamanı Birləşmiş Ştatlara qarşı dələduzluqda suçlanırlar.

Manafort-la Gates oktyabrın 30-da Vaşinqtonda federal məhkəmə qarşısına çıxarılıblar. Hakim onları ev dustaqlığına məhkum edib, Manafort üçün 10 milyon, Gates-ə 5 milyon dollarlıq girov təyin edib.

Manafort və Gates-ə qarşı federal andlılar məhkəməsi tərəfindən ABŞ-a qarşı qəsd də daxil olmaqla 12 epizod üzrə cinayət işi qaldırılıb. Bu ittihamlara çirkli pulların yuyulması, qeydiyyatsız xarici agent kimi fəaliyyət, sənədlərin saxtalaşdırılması və sair daxildir.

Oktyabrın 30-da açıqlanmış məhkəmə sənədləri onu da göstərib ki, Trump-ın seçki kampaniyasının keçmiş xarici siyasət müşaviri, iyulda həbs olunmuş George Papadopoulos özünü təqsirli bilib. O, Rusiyayla əlaqələrinə dair Federal Təhqiqat Bürosuna (FBI) yalan danışmaqda suçlanır.

PAPADOPOULOS MƏSƏLƏSİNƏ TOXUNMAYIB

Papadopoulos məsələsində Rusiya və bu ölkə rəsmilərinin adlarının çəkilməsinə baxmayaraq, Peskov bunun üstündən keçib.

Peskov-un deməsinə görə, Rusiya ümid edir ki, ABŞ istintaqında yeni proseslər Birləşmiş Ştatlarda “artan rusofobik isteriya”nı gücləndirməyəcək. O, həmin ifadəni ətraflı təsvir etməyib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov da Rusiyanın indiyədək səsləndirdiyi təkzibi dilə gətirib, Moskvanın ABŞ-da və Avropada seçkilərə müdaxiləsi iddialarını “fantaziya” adlandırıb.

Bir neçə saata Facebook, Twitter və Google internet nəhənglərinin rəsmiləri Senatda Rusiyanın ABŞ seçkisinə iddia olunan müdaxiləsinə dair ifadə verməlidir.

*** Buna da bax: Rusiyanın Facebook-dakı siyasi mesajlarını nə qədər amerikalı görüb

XS
SM
MD
LG