Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:15

Rusiyanın Facebook-dakı siyasi mesajlarını nə qədər amerikalı görüb


Saxta Facebook səhifəsi

-

Facebook sosial şəbəkəsi ötənilki seçkilər zamanı Rusiyadan qaynaqlanan əməliyyatçıların ABŞ seçicilərinə təsir göstərməyi hədəfləyən 80 min post yerləşdirdiyini aşkarlayıb. Media oktyabrın 30-da yazıb ki, iki il müddətində həmin postlara 126 milyonadək amerikalı baxıb.

Sosial şəbəkə bunu Konqresə yazılı ifadəsində açıqlayıb. Twitter də ifadəsində bildirib ki, eyni rusiyalı əməliyyatçılara bağlı daha çox hesab aşkarlayıb. Bu hesablar moskvapərəst mesajlar yayan İnternet Araşdırma Agentliyilə əlaqədardır.

80 MİN POST

Hər iki şirkət rəsmiləri oktyabrın 31-də Senatın Ədliyyə Komitəsində ifadə verməlidirlər.

Facebook-un son açıqlaması onu göstərir ki, Rusiyanın ABŞ-da siyasi fikrə təsir cəhdləri şirkətin öncəki dəyərləndirməsindən daha yüksək olub.

Medianın gördüyü yazılı ifadədə Facebook bildirir ki, 2015-ci ilin iyunundan 2017-ci ilin avqustunadək yerləşdirilmiş 80 min postu ABŞ-da seçicilərinin yarısının görmə ehtimalı var. Bu postlar əsasən, bölücü sosial və siyasi mesajlara, məsələn, irqi münasibətlərə fokuslanıb.

Sosial şəbəkənin bildirməsinə görə, istifadəçilərin səhifəsində xəbərlər bölümündə çıxan bu postlar Rusiyanın həmin agentliyinə bağlı 3min reklamdan fərqlidir. Reklamların surətini Facebook bir müddət öncə konqres komitələrinə təhvil verib.

Elə həmin reklamların da əsas mahiyyəti irq, immiqrasiya məsələlərindən ibarət idi.

1,4 MİLYON TVİT

“Bu hərəkətlər Facebook-un icma yaratmaq missiyasına, bütün ideyalarına ziddir. Bu yeni təhlükəni aradan qaldırmaqdan ötrü hər şeyi edəcəyik”, – Facebook-un baş müşaviri Colin Stretch yazılı ifadəsində deyib, media belə yazır.

Twitter-sə agentliyə bağlı 2 min 752 hesab aşkarladığını, hamısını qapatdığını bildirib.

Sosial şəbəkə bildirib ki, Rusiyaya bağlı hesablar 2016-cı ilin sentyabrından noyabrınadək seçkiylə bağlı 1,4 milyon tvit atıblar, onların yarısı avtomatik yayılıb.

*** Buna da bax: Twitter Rusiyanın iki media şirkətindən reklamları qadağan edib

Bu arada Google da bloq postunda elan edib ki, Rusiya qruplarının onun xidmətlərindən sui-istifadəsinə dair “məhdud” dəlil tapıb. Rusiya agentlərinin dəstəklədiyi bəzi YouTube kanallarının da bu işdə əli olduğu qeyd edilir.

Google bildirir ki, Rusiyaya bağlı iki hesab ötənilki seçki zamanı platformalarında reklamlara 4 min 700 dollar xərcləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG