Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 03:35

Protestantlığın 500 illiyidir


Martin Luther (1529) Lucas Cranach-ın illüstrasiyası

Oktyabrın 31-də Almaniyada Reformasiya hərəkatının 500 illiyi qeyd olunub. Bu ildən ilk dəfə olaraq bu gün ölkənin hər yerində rəsmi bayramdır, iş günü deyil.

Əsas tədbirlərin Wittenberg-də (şəhərin rəsmi adı Lutherstadt Wittenberg-dir), 5 əsr öncə protestantlığın başlandığı məkanda keçiriləcəyi bildirilir.

Wittenberg kilsəsində bayram ayinində Almaniya prezident Frank Walter Steinmeier, kansler Angela Merkel də iştirak edib.

REFORMASİYA HƏRƏKATI

Reformasiya 16-17-ci əsrlərdə Avropada başlanmış dini hərəkatdır. 1517-ci il oktyabrın 31-də ilahiyyatçı Martin Luther «95 tezis»ini açıqladı, Avropada üstün mövqeyə malik katolik kilsəsini tənqid etdi. Həmin tezislər Wittenberg kilsəsinin divarlarından asıldı. Bununla da Avropada Reformasiya hərəkatı başlandı, Roma papasına tabe olmayan xristian kilsələri yarandı. Bu, xristianlıqda inqilab sayılırdı.

Martin Luther Papanın fətvasını yandırır, 16-cı əsr
Martin Luther Papanın fətvasını yandırır, 16-cı əsr

30 yaşına təzə girmiş Martin Luther özəlliklə də katolik kilsəsinin indulgensiya (cənnət qəbzləri) satmasına etiraz edirdi. Yəni günah işlədən şəxs kilsəyə müəyyən ödəniş etməklə belə qəbzləri əldə edə bilirdi. İlahiyyatçının ideyaları Avropada sürətlə yayıldı.

Reformasiya hərəkatı Avropanı çalxaladı, müharibələrə, təqiblərə səbəb oldu, çox insan buranı tərk etdilər. Onlar sonradan Amerika kimi tanınacaq qitəyə yollandılar.

Kral VIII Henry-nin Britaniyası Katolik Kilsəsindən ayrıldı və 1534-cü ildə İngiltərə Kilsəsi yarandı.

Avropada ən ağır dini müharibə olan Otuzillik Müharibə 1648-ci ildə sona çatdı, dinin Avropa siyasətindəki rolu azaldı.

Buna da bax: Azərbaycan növbəti böyük, beynəlxalq layihəsini işə saldı, sonra... [video]

FƏRQLƏR VƏ CƏRƏYANLAR

Teoloji fərqlərə gəlincə, protestantlar inanc məsələsində İncili yüksək tuturlar. Katoliklərsə həm İncili, həm də kilsə ənənələrin birlikdə qəbul edirlər.

Katoliklər papanın kilsə üzərində tam hakimiyyətini qəbul etsələr də, protestantlar bunu danırlar.

Zamanla protestantlıq da 3 əsas qanada bölünüb: lüteranlıq, kalvinizm və anglikanlıq.

Protestantların dəqiq sayı bəlli olmasa da, müstəqil “Pew” araşdırma mərkəzi 2011-ci ildə onların 800 milyondan çox olduğunu bildirirdi.

Buna da bax:​ Azərbaycan Almaniyaya böyük hesabla məğlub oldu

Xristianların 50 faizə yaxınının katoliklər, 37 faizinin protestantlardan ibarət olduğu bildirilir.

Araşdırma mərkəzinin 2015-cu ildə açıqladığı statistikaya görə, dünya əhalisinin üçdə biri (2,3 milyard) xristianlardır, yəni dünyada birinci yeri tutan dindir. İkinci yerdə 24 faizlə (1,8 milyard) islam dini gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG