Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:07

Azərbaycan Almaniyaya böyük hesabla məğlub oldu


Azərbaycan-Almaniya oyunu. Foto arxiv

Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin Avropa zonasında sonuncu turu Azərbaycan yığması ağır məğlubiyyətlə başa vurub.

Azərbaycan millisi səfərdə Almaniya yığmasına 5:1 hesabı ilə məğlub olub.

Hərçənd, oyunun birinci hissəsi Azərbaycan millisindən ötrü pis keçməyib. Birinci hissə 1:1 hesabı ilə bitib. Ancaq Azərbaycan millisi ikinci hissədə qapısında daha 4 dəfə top görüb.

Robert Prosinečki-nin yetirmələri qrupda 10 xalla 5-ci yerlə kifayətlənməli olublar. Azərbaycan millisi yalnız San-Marino yığmasını qabaqlaya bilib.

Qrupda birinci yeri Almaniya yığması tutub. 19 xal toplayan Şimali İrlandiya millisi də final mərhələsinə yüksəlmək şansını saxlayır. Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə yüksəlməkdən ötrü o, qruplardan birindən eyni göstəriciyə çatan rəqibini üstələməlidir. Qarşıdakı günlərdə qruplarda ikinci yerləri tutan yığmaların püşkü atılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG