Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:14

Bakı-Tbilisi-Qars dəmir yolu işə düşür


Tbilsi dəmiryol vağzalı

Bu gün, oktyabrın 30-u Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin işə salınması ilə bağlı mərasim keçirilməlidir.

Ələt qəsəbəsindəki Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasiminə bir sıra dövlət və hökumət rəsmilərinin qatılacağı gözlənilir.

«Bakı-Tbilisi-Qars» (BTQ) dəmiryol xətti layihəsini 2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixeil Saakaşvili və Türkiyənin ozamankı baş naziri Rəcəb Tayyib Ərdoğan imzalayıb. Həmin il noyabrın 21-də BTQ-nin təməli qoyulub.

Bu dəmir yolunun açılışı dəfələrlə ertələnib.

Azərbaycan Dövlət Neft Fondunun (ADNF) məlumatına görə, həmin layihəyə 2016-cı ilin oktyabrın 1-nə 619.8 milyon ABŞ dolları vəsait ayrılıb. Azərbaycan hökuməti bu layihənin gerçəkləşməsində çox maraqlıdır. Qərb dairələri BTQ-ni dəstəkləməyib. Bu layihə Ermənistandan yan keçir.

ADNF-nin builki büdcəsində layihəyə əlavə olaraq 165 milyon 825 min manat ayrılıb.

Üstəlik, Azərbaycanın bu layihə ilə bağlı Gürcüstana da güzəştli kredit verdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG