Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:38

Avronest Parlament Assambleyasının sessiyası olacaq


Azərbaycan parlamenti

Oktyabrın 30-dan noyabrın 1-dək Kiyevdə Avronest Parlament Assambleyasının plenar sessiyası və komitə iclasları keçiriləcək. İclaslarda Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Nümayəndə heyətinə deputatlardan Rauf Əliyev, Fərəc Quliyev, Məlahət İbrahimqızı, Rövşən Rzayev Ağalar Vəliyev daxildirlər.


Buna da bax:​ Mehman Əliyev: 'Demirəm ki, səhvim olmayıb'

Sessiya çərçivəsində Avronest Parlament Assambleyasının Siyasi məsələlər, İqtisadi inteqrasiya, Enerji təhlükəsizliyi və Sosial məsələlər komitələrinin iclasları keçiriləcək.

Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrində gənclər arasında işsizliyin aradan qaldırılması, energetika sahəsində əməkdaşlıq, əmək bazarında qadınların vəziyyəti və kiber təhlükəsizlik mövzularında məruzələr dinləniləcək. Həmin məruzələr ətrafında müzakirələr aparılacaq.

Buna da bax:​ 'Lotu Quli azadlığa buraxılırsa, İlqar Məmmədov niyə buraxılmasın?'

Siyasi komitədə deputat Rövşən Rzayev Avropa Birliyi və Şərqi Avropa tərəfdaş ölkələrində media azadlığının və qərəzsizliyin təmin edilməsi barədə hesabat təqdim edəcək.

Sosial komitənin iclasında isə Məlahət İbrahimqızının çıxışı gözlənir.

O, sentyabrın 22-də Milli Məclisdə keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentinin cəlb edilməsi” mövzusunda konfrans barədə məlumat verməlidir.

Plenar sessiya çərçivəsində digər ölkələrin Büro üzvləri ilə birlikdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad Muradovun Ukrayna rəsmiləri ilə görüşləri də nəzərdə tutulub.

Buna da bax:​ Cərimələrdən Prezident Aparatının işçilərinə nə qədər düşür

Parlament nümayəndə heyətinin səfəri noyabrın 2-də başa çatacaq.

Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» Proqramının əsası 2009-cu ildə qoyulub.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla çərçivə sazişi imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG