Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:20

Goranboyda pambıqçıları daşıyan avtobus körpüdən aşıb [yenilənib]


Arxiv fotosu

Bu gün, oktyabrın 27-si Goranboy rayonunda pambıqçıları daşıyan avtobus körpüdən aşıb.

APA-nın xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Pambıq sahəsindən işçiləri daşıyan avtobus körpüdən çaya aşıb.

Xeyli yaralının olduğu bildirilir.

Xəsarət alanlardan 4-ü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

* * *

20-ə yaxın şəxs xəsarət alıb

Goranboyda pambıqçıları daşıyan avtobusun aşması nəticəsində 20-yə yaxın şəxsin xəsarət aldığı bildirilir.

APA-nın xəbərinə görə, “İsuzu” markalı avtobus Kürək çayı üzərindəki körpüyə qalxmaq istəyərkən idarəetməni itirərək aşıb.

Qəza nəticəsində 20-yə yaxın şəxsin xəsarət aldığı açıqlanıb.

Xəsarət alanlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

* * *

Uşaq bağçasının işçiləri pambıq yığır?

Goranboyda qəzaya düşən avtobusda 63 nəfərin olduğu bildirilir.

Bu barədə APA-nin yaydığı məlumatda qeyd edilir.

Xəbərdə vurğulanır ki, onların bəziləri rayonun Qaraçinar və Şəfəq kənd uşaq bağçalarının işçiləri olub.

Başqa mənbələrdə isə xəsarət alanların 20-dən çox olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG