Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 20:14

Oktyabrın 27-dək Azərbaycanda 136 min 470,34 ton pambıq tədarük olunub. Təkcə ötən gün qəbul məntəqələrinə 4186,49 ton pambıq təhvil verildiyi bildirilir.

Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, pambıq tədarük edən rayonların siyahısına Saatlı (20087,90 ton), Biləsuvar (16449,16 ton) və Bərdə (12899,92 ton) rayonları liderlik edir.

Bu il son dörd ildə birlikdə əkiləndən (116 min ha) çox – 136.3 min hektar sahədə pambıq əkilib. Pambıq sahələri, əsasən, dövlət torpaqları hesabına artırılıb. Yığımın yubanmaması və əl əməyinin azaldılmasından ötrü bu il 140 pambıqyığan kombayn alınıb.

Buna da bax:​ Əti, yağı bahalandıran... pambıqdı [Ekspert rəyi]

Amma ekspertlərin fikrincə, yığım cədvəl üzrə getmir və hesab edirlər ki, hökumət vəd edilən 270 min ton pambığı toplaya bilməyəcək. 2016-cı ildə Azərbaycanda pambıq əkini sahələri 51.3 min hektar olub. 89.4 min ton pambıq yığılıb. Emal edilən pambığın bir hissəsindən yerli tekstil müəssisələrində istifadə edilir. Mingəçevirdə pambığın tam emalı və son məhsul istehsalı üzrə sənaye parkı tikilir.

Buna da bax:​ Pambıqçılıq ümidləri doğrultmasa da...

Bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, bir çox rayonlarda həkimlər, müəllimlər və məktəblilər də pambıq yığımına cəlb edilir. Rəsmi qurumlar bildirirlər ki, heç kim məcburi qaydada pambıq yığımına aparılmır. Hüquqşünaslar bunu ölkə qanunvericiliyinə zidd sayırlar. Bəzi müxalif partiyalar isə bununla Azərbaycanın sovet dövrünə qayıtdığını hesab edirlər. Bir sıra müstəqil iqtisadçılar da deyirlər ki, örüş yerlərində də pambıq əkini heyvandarlığa ciddi zərbə vurub. Son ildə ölkəyə ət idxalı artıb. Onların fikrincə pambığın ölkəyə xeyrindən çox ziyanı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG