Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 13:21

İlahiyyatçıya görə Konstitusiya Məhkəməsinə şikayət


Sərdar Babayev

Vəkil Cavad Cavadov oktyabrın 25-də 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan ilahiyyatçı Sərdar Babayev (Hacıhəsənli) ilə görüşüb.

«Səhhəti, əhvalı yaxşıdır, saxlanma şəraitindən narazılığı yoxdur», - vəkil vurğulayır.

C.Cavadov deyir ki, Sərdar Babayevlə Ali Məhkəməyə veriləcək kassasiya şikayətini müzakirə edib. Gələn həftə şikayətin verilməsi razılaşdırılıb.

Vəkil vurğulayır ki, eyni zamanda Konstitusiya Məhkəməsinə şikayət etmək nəzərdə tutulur.

C.Cavadov bildirib ki, Cinayət Məcəlləsinin 168-1.1. (İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan vətəndaşı tərəfindən aparılması) maddəsinin ölkə Konstitusiyası və bəzi beynəlxalq konvensiyalara uyğunluğunun dəyərləndirilməsini istəyirlər. İlahiyyatçı məhz həmin maddə üzrə günahlandırılıb.

«Ümid edirik ki, başqa subyektlər də ölkəyə baş ucalığı gətirməyən həmin antikonstitusion normanın qüvvədən salınması üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəklər»,-vəkil bildirir

XATIRLATMA

S.Babayev bu il fevralın 22-də saxlanılmışdı. O, Cinayət Məcəlləsinin 168.1.1 (İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan vətəndaşı tərəfindən aparılması) maddəsi ilə ittiham edilib. İyulun 3-də isə Masallı Rayon Məhkəməsində hakim Anar Alməmmədov ilahiyyatçını 3 il müddətinə azadlıqdan məhrum edən hökm çıxarıb.

Məhkəmə prosesi davam etdiyi vaxt yerli rəsmilər bildiriblər ki, S.Babayev xaricdə dini təhsil alıb, Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi bildirir ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə bu ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.

Yerli sakinlərin AzadlıqRadiosuna dediklərinə görə, S.Babayev həmişə məsciddə oxuduğu xütbələrdə ölkədəki problemlərdən bəhs edərək, tənqidi fikirlər səsləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG