Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:11

BMT baş nüvə müfəttişi Tehrana gedir


Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Yukiya Amano, arxiv fotosu

-

BMT-nin baş nüvə müfəttişi Yukiya Amano bu həftəsonu Tehrana gedəcək, İran rəsmiləri ilə 2015-ci il nüvə sazişinin necə yerinə yetirildiyini müzakirə edəcək.

Xəbəri oktyabrın 25-də Beynəlxalq Atom Enerjisi Agentliyi yayıb.

Oktyabrın 29-da keçiriləcək görüşlərdə agentliyin İranın nüvə fəaliyyətinə məhdudiyyətlərə əməl etdiyini təsdiqləmək işi də müzakirə olunacaq.

Nüvə sazişi İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

İranın dövlət agentlikləri yazıb ki, Amano vitse-prezident, İranın nüvə fəaliyyətinə nəzarət edən Ali Akbar Salehi ilə də görüşəcək.

ABŞ prezidenti Donald Trump nüvə sazişinin şərtlərini sərtləşdirməyə çalışır. Amano isə bildirir ki, Tehran dünyada ən sərt nüvə təftişi rejiminə məruz qalır və indiyədək müfəttişlər işlərinə heç bir əngəllə üzləşməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG