Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:43

İranlı nazirin səfər vaxtı dəyişdirilib


Məsud Kərbasian

İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasianın Azərbaycana səfərinin vaxtı dəyişdirilib. Bunu İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən bildiriblər. Ancaq bunun səbəbi açıqlanmayıb.

Səfirlikdən deyiblər ki, bu gün, oktyabrın 23-nə nəzərdə tutulan səfər oktyabrın 26-na keçirilib. Səfərin iki gün davam edəcəyi gözlənir.

Görüş çərçivəsində M.Kərbasianın Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü nəzərdə tutulur. Bu görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilməlidir. Habelə M.Kərbasianı dövlət başçısı İlham Əliyevin də qəbul edəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG