Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:11

Iraq ordusu Kərkükdəki sonuncü rayonu da kürd birləşməsindən geri aldı


Kərkük, Alton Kupri

Iraqın hökumət qoşunları Kərkükdəki sonuncü rayonu da kürd birləşmələrindən geri alıb.

Azadlıq Radiosunun məlumatına görə “Peşmərgə” döyüşçüləri Altun-Kupri rayonunda keçirilən əməliyyat zamanı müqavimət göstəriblər. Döyüş 3 saat sürüb.

İtkilər barədə hələlik məlumat verilmir.

“Peşmərgə” döyüşçüləri neftlə zəngin olan Kərkükü 2014-cü ildən “İslam dövləti” qrupundan təmizləyərək ələ keçirmişdilər.

Bu bölgədə əsasən etnik türkmənlər yaşayır.

İraq ordusu bu əməliyyata, ölkənin şimalındakı kürd muxtariyyatı müstəqilliklə bağlı referendum keçirdikdən bir neçə həftə sonra başlayıb.

Sentyabrın 25-də keçirilən referendumda kürdlər müstəqilliyə səs veriblər.

Bağdad referendumu qanunsuz sayır.

Hərbi əməliyyatlara görə xeyli sakin bölgəni tərk etməli olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG