Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:04

Dövlət Neft Fondu (DNF) bildirir ki, 2017-ci ilin yanvar–sentyabr ayları ərzində büdcə gəlirləri 8 milyard 793.4 milyon, büdcə xərcləri isə 6 milyard 911.7 milyon manat olub.

Bu barədə Fondunun açıqladığı məlumatda bildirilir.

2017-ci ilin yanvar–sentyabr aylarında DNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 milyard 976.7 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 816.7 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı DNF-nin büdcədənkənar gəliri 582.4 milyon manat təşkil edib

Hesabat dövrü ərzində DNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 4 milyard 300 milyon manat vəsaiti dövlət büdcəsinə transfert edilib.

Qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 82.5 milyon manat xərclənib.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39.5 milyon manat, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 17.2 milyon manat vəsait ayrılıb.

11.2 milyon manat vəsait «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsinə yönəldilib.

Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə 2 milyard 448.3 milyon manat Mərkəzi Banka transfert edilib.

2017-ci ilin yanvar-sentyabr ayları ərzində DNF-nin idarə edilməsi ilə bağlı xərcləri 13 milyon manat təşkil edib.

2017-ci il oktyabrın 1-nə olan məlumata görə, Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 milyard 147 milyon ABŞ dolları) nisbətən 8.67 faiz artıb. Hazırda bu məbləğin 36 milyard 20 milyon ABŞ dollarına çatdığı bildirilir.

Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. O vaxtdan Fonda 130 milyard dollara yaxın vəsait daxil olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG