Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:25

Oktyabrın 19-u Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı bildirilir.

Gün ərzində yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 11-13, gündüz 17-20, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənilmir. Ancaq günün birinci yarısında bəzi şərq rayonlarında yağış yağacağı ehtimal edilir. Gecə 8-13, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG