Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 20:33

Khamenei-nin müşavirindən avropalılara xəbərdarlıq


Ali Akbar Velayati

İranın ali dini liderinin baş müşaviri Avropa hökumətlərinə xəbərdarlıq edib ki, 2015-ci ildə imzalanmış nüvə sazişinin salamat qalması üçün sənədə yeni şərtlər salmağa çalışmasınlar.

«Onların nüvə sazişini qəbul etdiklərini, ancaq İranın regional mövqeyi və raket müdafiəsi barədə danışıqların vacibliyi barədə söylədikləri nüvə sazişinə şərt qoymaqdır və bu, qətiyyən qəbul edilən deyil», –Ali Khamenei-nin xarici siyasət üzrə aparıcı müşaviri Ali Akbar Velayati oktyabrın 17-də İran mediasına deyib.

«Avropalıların belə bir hüququ yoxdur. Nüvə sazişinə şərt irəli sürülə bilməz və imzalandığı kimi icra olunmalıdır», – o söyləyib.

Ötən həftə İran prezidenti Hassan Rohani-yə zəng edən Fransa prezidenti Emmanuel Macron bildirib ki, nüvə sazişi üzrə ziddiyyətlərlə bağlı Tehranla Vaşinqton arasında vasitəçilik edə bilər.

Daha öncə ABŞ prezidenti Donald Trump sazişə dəyişiklik istədiyini bəyan etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG