Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:17

Polşa xarici işlər naziri Azərbaycana gəlir


Witold Waszczykowski

Polşa xarici işlər naziri Witold Waszczykowski-nin oktyabrın 18-də Azərbaycana səfəri gözlənir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Xəbərə görə, W.Waszczykowski-nin azərbaycanlı həmkarı Elmar Məmmədyarov və başqa rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirəcəyi bildirilir.

Bu səfər çərçivəsində ikitərəfli və regional əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG