Birləşmiş Ştatlarla Cənubi Koreya Koreya yarımadası yaxınlığında birgə donanma təlimlərinə başlayıb. Təlimlərdə qırıcı təyyarələr, vertolyotlar və «USS Ronald Reagan» təyyarədaşıyan gəmisi də daxil olmaqla, 40 gəmi iştirak edir.
ABŞ-ın 7-ci donanması oktyabrın 16-da bildirib ki, manevrlər yarımadanın qərbindəki Yapon dənizi və Sarı dənizdə keçirilir.
Manevrlər ABŞ-la müttəfiqlərinin Şimali Koreyayla yüksək gərginlik yaşadığı dönəmə düşür. Pxenyan amerikanları təlimlərdən hücuma hazırlaşmaq üçün istifadə etməkdə suçlayıb.
Şimali Koreyanın ard-arda ballistik raket sınaq keçirməsi, BMT qətnamələrinə məhəl qoymaması Qərbi qəzəbləndirib.