Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 14:02

BMT Azərbaycan hakimiyyətini cinsi azlıqların hüquqlarını qorumağa çağırıb


Foto arxiv

BNT-nin ekspertləri Azərbaycan hakimiyyətini cinsi azlıqların hüquqlarını qorumağa çağırıb.

Ekspertlərin yaydıqları bıəyanatda sentyabrın ortalarından Bakıda cinsi azlıqlara qarşı başlanan reydlər, gey və ya transgender hesab olunan 80-dən çox cinsi azlığın saxlanmasından dərin narahatlıq bildirilir.

Bəyanatda qeyd edilir ki, beynəlxalq insan haqları və Azərbaycanın öz üzərinə götürdüyü öhtəliklərə görə, bu ölkədə cinsi oriyentasiyasına görə heç kim həbs olunmamalıdır.

Ekspertlərdə olan məlumata görə, saxlananların bəzilərinə işgəncə verilib, döyülüb, alçaldılıb, onlara elektrik şoku verilib və hətta bir neçəsi ətrəf aləmdən təcrid vəziyyətdə saxlanıb ki, bu Azərbaycanın öz üzərinə götürdüyü öhtəliklərin pozulması deməkdir.

Məlumatda deyilir ki, onlar bundan şikayət versələr də buna heç bir reaksiya verilməyib, iş prokurorluğa belə göndərilməyib.

Ekspertlər Azərbaycan hakimiyyətini bütün iddialarla bağlı təcili və hərtərəfli istintaq aparmağa və cavabdehləri məsuliyyətə cəlb etməyə çağırırlar.

Bəyanatda qeyd edilir ki, Azərbaycan hakimiyyəti reydlərin, Bakının mərkəzində seks-biznesi ilə bağlı yaranmış qalmaqal və bununla bağlı şikayətlərdən sonra keçirildiyini iddia edir, amma saxlananların əksəriyyəti bu işlə məşğul olmadıqlarını deyirlər.

Bəyanat müəlliflərisonda bird aha Azərbaycan hakimiyyətini seksual oriyentasiyası və ya gender identifikasiyasına görə insanlara qarşı zorakılıqların qarşısını almağa və bu yöndə konkret addımlar atmağa çağırırlar.

Ekspertlər Azərbaycan hakimiyyəti ilə əlaqə saxlayaraq vəziyyəti diqqətdə saxladıqlarını deyirlər.

Xatırlatma

Daxili İşlər Nazirliyinin əməkdaşları sentyabrın ortalarında Bakıda gecələr "fəaliyyət” göstərən cinsi azlıqlara qarşı geniş əməliyyat keçirib.

Həmin reydlər zamanı 100-ə yaxın cinsi azlıq saxlanılıb.

Müvafiq qurumların məlumatına görə, saxlananların məcburi müayinəsi zamanı bəlli olub ki, onların əksəriyyəti təhlükəli cinsi xəstəliklərə yoluxublar. Aralarında QİÇS-ə yoluxanlarda olduğu bildirilir.

Xəbərə görə, polis cinsi azlıqların istifadə etdiyi mənzillər, toplanış və əyləncə yerlərini, istifadə etdikləri nəqliyyat vasitələri və onları himayə edən şəxslərin çevrəsini də nəzarətə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG