Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:34

Əfqan Muxtarlının həbsinin uzadılması istənilir


Əfqan Muxtarlı

Baş Prokurorluq jurnalist Əfqan Muxtarlı barəsində həbs müddətinin artırılmasını istəyir.

Vəkil Nemət Kərimov AzadlıqRadiosu-na bildirib ki, prokurorluq bununla bağlı məhkəməyə təqdimat göndərib.

Həbs müddətinin uzadılması barədə təqdimata Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Buna da bax: Əfqan Muxtarlıya zəng, kitab və görüş qadağaları

Təqdimat üzrə proses sabah, oktyabrın 12-də keçirilməlidir.

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ə.Muxtarlı barəsində ilkin olaraq 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Avqustda həbs müddəti yenidən artırılıb.

XATIRLATMA

Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Buna da bax: 'Həbsim Gürcüstan hökumətinə də sərf edirdi'- Əfqan Muxtarlı

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.

O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG