Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:11

Gender zorakılığı ilə bağlı məlumat bankı yaradılıb


Ailə zorakılığı

«Azərbaycanda məişət zorakılığı qurbanlarının 74 faizi birbaşa ailə üzvünün zorakılığına məruz qalır».

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) məlumatında belə yazılır.

Məlumatda bildirilir ki, Azərbaycanda gender əsaslı zorakılığa dair elektron məlumat bankı yaradıb. Məlumat bankının yaradılması USAID, BMT-in Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə fəaliyyəti nəticəsində mümkün olub.

«Bu məlumat bankı zorakılıqla mübarizə sahəsində səmərəli tədbirlərin həyata keçirilməsində hökumətə dəstək verəcək. Bu, həmçinin, Gender Əsaslı Zorakılıqla Mübarizə layihəsindən ötrü mühüm mərhələdir. Məlumatların toplanması məişət zorakılığına məruz qalan qadınlara daha yaxşı yardım göstərməkdə polisə, hakimlərə və sosial xidmət işçilərinə kömək edəcək», - USAID-in məlumatında vurğulanır.

XATIRLATMA

Azərbaycanda gender zorakılığı ilə bağlı rəsmi statistik bilgilər açıqlanmır.

Ötən ol BMT-nin Əhali Fondu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə bu sahədəki durumu araşdırmaq məqsədilə sorğu aparmışdı. Həmin sorğunun nəticələrində qeyd edilirdi ki, Azərbaycanda 15 yaşından sonra qadınların 24 faizi müxtəlif formada zorakılığa məruz qalırlar.

Zorakılığa məruz qalma hallarına ən çox Abşeron yarımadası və Lənkəranda rast gəlindiyi iddia olunurdu.

Xüsusilə, məcburi köçkün və qaçqınlar arasında zorakılıq hallarının daha yüksək olduğu vurğulanırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG