Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 13:26

Macarıstan Ukrayna ilə asosasiya sazişinə yenidən baxılmasını istəyir


Peter Szijjarto və Petro Poroshenko

Macarıstan Avropa Birliyindən, təzyiq vasitəsi kimi Ukrayna ilə asosasiya sazişinə yenidən baxılmasını istəyir.

Macarıstanın xarici işlər nazirliyi bildirib ki, bu Ukraynanın dil haqqında qəbul etdiyi yeni qanunla bağlıdır.

“Amerikanın səsi” radiosunun məlumatına görə, Macarıstan hesab edir ki, bu qanun Ukraynadakı milli azlıqların vəziyyətini pisləşdirir.

Xarici işlər naziri Peter Siyarto ( Peter Szijjarto) qeyd edib ki, bu qanun Ukraynada yaşayan 150 minədək macar, habelə ruslar, rumınlar və moldovlar da daxil olmaqla digər milli azlıqların hüquqlarını pozur.

Kiyev isə bildirir ki, bu ilin sentyabrında prezident Petro Poroshenko-nun qəbul etdiyi qanun təhsil sahəsində təkcə ukrain dilinin mövqeini möhkəmləndirmir, eyni zamanda milli azlıqların hüquqlarını da qoruyur.

Günün bütün mövzuları

XS
SM
MD
LG