Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 03:51

Ölkədə 1 milyon 330 min pensiyaçı var


Pensionerlər. Foto arxiv

Bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2 milyard 532.59 milyon manata çatıb.

Bu barədə Fondun yaydığı məlumatda bildirilir.

Gəlirlərin ötən ilin eyni dövrünə nisbətən 7 faiz və ya 165.49 milyon manat artdığı vurğulanır.

Məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlər isə 8.8 faiz artaraq 1 milyard 501.1 milyon manat təşkil edib.

Açıqlanan rəqəmlərə görə, hazırda ölkədə 1 milyon 330 min nəfər əmək pensiyaçı var. Bu, ilin əvvəli ilə müqayisədə 14 min 771 nəfər və ya 1.1 faiz artım deməkdir.

Dövlət Sosial Müdafiə Fondu bildirir ki, bu il də pensiyalarda artım dinamikası davam edib. Əmək pensiyalarının orta aylıq məbləği oktyabrın 1-də 204 manata çatıb. Yaşa görə əmək pensiyalarının orta aylıq məbləği isə 226.7 manat təşkil edir.

2017-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinin 12.4 faiz artırıldığı bildirilir. Bu, orta aylıq pensiyanın təqribən 12 manata yaxın artması anlamına gəlir.

Azərbaycanda isə son bir ildə ərzağın təqribən 18 faiz bahalaşdığı deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG