Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:11

Kaliforniyada meşə yanğınlarında 10 nəfər ölüb


Meşə yanğını. Foto arxiv

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarında 10 nəfər həlak olub.

Güclü küləklərin daha da alovlandırdığı yanğınlara görə 20 min nəfər evindən didərgin düşüb, yüzlərlə ev, şirkət binası dağılıb.

Qubernator Jerry Brown Şimali Kaliforniyanın Napa, Sonoma və Yuba dairələrində fövqəladə vəziyyət elan edib.

Regiondan qalxan tüstü San-Fransisko və Oklendə tərəf yönəlib.

Yanğın ərazisində xeyli yolun bağlandığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG