Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:39

Iqtisadiyyat üzrə Nobel amerikalı iqtisadçı Richard Thalerə verildi


Richard Thaler

Iqtisadiyyat üzrə Nobel mükafatı bu il amerikalı iqtisadçı Richard Thalerə verilib.

O, Çikaqo universitetini təmsil edir.

Mükafat ona “davranış iqtisadiyyatı”nın araşdırılmasındakı xidmətlərinə görə verilib.

Nobel Komitəsinin məlumatına görə, Taler davranışın ratsional aspektləri, özünənəzarət və sosial üstünlüklər də daxil olmaqla insanların xərclərinə təsir göstərən faktorları öyrənib.

Bundan əvvəl fizika, kimya, ədəbiyyat və sülh üzrə mükafatçılar bəlli olub.

Nobel mükafatı 1901-ci ildən 5 nominasiya- fizika, kimya, tibb, ədəbiyyat və sülh üzrə verilir.

Mükafatın məbləği təxminən 1 milyon dollardır.

Təqdimat mərasimi dekabrın 10-da-Nobelin vəfat etdiyi gün keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG